ANA SƏHİFƏ / RUBRİKA

"Facebook gündəliyi"

45923    |   2016-12-14 17:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.




                                                                      ***



Günay Arda: "İçinizi təmiz saxlayın. 40 yaşdan sonra hamısı üzə vuracaq. Hamı haqqınızda hər şeyi biləcək...”


                                                                      ***


Aynur Azəri: "Yaşamaq xəyaldır, ürək olmasa ....”



                                                                     ***



Anar Tağıyev: "Telefonlarınızı işdə zaryadkaya qoyun. Qaz yox, odun yandırın. Mətbəxdə, vanna otağında zajiqalka işığından yararlanın. Yataq, qonaq otağınızda neft lampasından - çıraqdan istifadə edin. Eynən Nizami Gəncəvi, Məhəmməd Füzuli, Hadı Rəcəbli kimi... Enerjiyə, cibinizə qənaət edin”.


                                                                     ***



Emin Piri: "Nə qədər ki, təmənnasız gözəl qəlbli insanlar var, həyatı sevməyə dəyər. Saxtanı isə boş verin, əsas odu aramızdakı münasibətlərə qar yağmasın”.


                                                                    ***


Əzizə İsmayılova: "Olur ki birdən, canını elə acıdırlar ki, var gücünlə "nədəəəəəəəəəən?" deyə bağırıb yeri-göyü döyəcləmək istəyirsən amma susqunluğuna bükülüb çapalaya-çapalaya qalırsan. Sən incitmək istəmirsən çünki... heç istəmirsən”


                                                                    ***


Mahirə Əmirhüseynova: "Zəngin insanların daim xoşbəxt yaşadıqlarını düşünmək səhv fikirdir”.



                                                                   ***


Raziyye İmranqızı: "Nə olar burda kim nə istəyir yazsın. Amma şeir deyə yazdığlarınıza diqqət edin. Şeiri poeziyanı ağlar günə qoymayın”.



                                                                   ***



Sahib Məmmədov: "Miqrantlar Avropadakı yolkaları dağıdırlar. Deyirlər ki, islam dəyərlərinə ziddir. Məncə bunun arxasında elə Avropalılar özü durur. Əvvəllərdə yazmışam. Avropanın iki yolu var. Ya dönüb Ərəbistan olmalıdır, ya da... o statusda yazdığım”.



                                                                  ***


Elnur Eltürk: "Türkiyə Səlcuqların və Osmanlının varisidir. Ona görə də iki qotur terrorçu kos-koca Türkiyəni çökdürə bilməz”.




                                                                  ***


Aysel Eliyeva: "Kimsə sizi heç cürə həzm edə bilmirsə bu yaxşıdır, deməli çeynəyib uda da bilməz”.




Sübhan Mahmudov




İmza:
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK