ADAM KİMİ YALTAQ İT

FAİQ QİSMƏTOĞLU
258592 | 2016-12-14 14:25

…İtləri həmişə sədaqtəligörmüşük. Görmüşük ki, it ən çətin anda sahibinə kömək eləyir, hətta onu suda boğmaqdanbelə qurtarır. Hətta qabaqlar tez-tez belə bir məşhur film də göstərərdilər: «Qaraqulaq ağ bim». Bu qara qulaq ağ bim öz sahibinə o qədərsədaqətliydi ki, müxtəlif əzab-əziyyətlərə dözərək yiyəsini axtarır. Bir dəfə dədəmiryol xəttini keçərkən ayaqları iki relsin arasında qalır. Qatar da bir neçədəqiqədən sonra həmin yerə yaxınlaşır. Hansısa bir xoşbəxt təsadüf nəticəsində relsaçılır və qara qulaq ağ bim ayaqlarını onun arasından çıxararaq xilas olur…

Öz sahibi, öz yiyəsiyolunda hər cür çətinliklərə, hətta ölümə belə üstün gəlir bu it. Təbii ki, atalarınbelə bir deyimi də var: «Atdı, itdi və arvaddı bunlar adama çox sədaqətlidilər».Yəqin bu deyimə heç kəsin şübhəsi ola bilməz. Amma şəxsən mənim şübhəm var. Çünkibir çox halda at da öz sahibini təpiklə vurub, it də öz yiyəsini tutub və bəzi arvadlarda ərinə xəyanət eləyib. Bunlarla işimiz yoxdu. Hərə öz əməlinə görə yəqin ki, günlərinbir günündə cavab verməli olacaqdır.

Mən çox duzlu, məzəli,yumorlu adam tanıyıram. Amma onların içərisində ikisi xüsusilə fərqlənir. Yəni onlarşirin sözləri, lətifələri və duzlu söhbətləryilə çoxlarının qəlbini ələ ala bilirlər.Bu ziyalıların hər ikisi çox qeyri-adi biristedad sahibidir. Biri Aqil Abbasdır, biri də Seyran Səxavət. Hər ikisiAzərbaycan ədəbiyyatında öz hekayələri, povestləri, romanlarıyla yeni bir yol açıblarvə oxucuların yaddaşında da əbədi həkk olublar.

Çox tərifləməyimki, hər iki yazıçının və yaxın dostumun tərifdən o qədər də xoşu gəlmir. Lap yaxşıda eləyib xoşları gəlmir. Çünki tərif yıxan evi fələk yıxmır. Belə də bir deyimvar: «Düşmənini məhv eləmək istəyirsənsə onu təriflə».

Seyran Səxavət birməclisdə çox maraqlı və şəxsən məni düşündürən söhbət elədi. Daha doğrusu, o mənəyeni bir orijinal mövzu verdi və buna görə Seyran Səxavətə bir qonaqlıq borcluyam.Hərçənd ki, mənim qardaşım və yaxın dostum Vaqif Bəhmənli ona işarə edərək dediki, bunun yanında çox şey danışma, sabah görəcəksən ki, danışdıqlarını qələmə alıbvə qəzetdə dərc elətdirib.

Seyran Səxavətinbu söhbəti çox unikal və həddindən artıq maraq doğuran söhbət idi. O deyir ki, mənhəyətdə bir it saxlayırdım, ancaq elə oldu bu it lap məni bezdirdi. Nə vaxt gəlirdim məndən əlçəkmirdi. O qədər yaltaqlanırdı və zəhləmi tökürdü. İt kimi yaltaqlanmırdı ha, adamkimi yaltaqlanırdı. Hələ bir imkanı olsaydı, bu yaltaq it cibimə pul da qoyardı. Bir gün də rayona gedəndə iti maşınınyük yerinə qoydum və Hacıqabulda azdırdım. Evə gələndə xanım soruşdu ki, iti neylədin?Dedim ki, azdırdım. Bundan sonra tay o itdən canım qurtardı.

Böyük ustad sənətkarınbu söhbətindən sonra yadıma itdən də yaltaq insanlar düşdü. O insanlar ki, imkanlı,varlı adamların ağzından girib başqa yerindən çıxırlar. Bu adamların da yaltaq adamlardano qədər xoşu gəlir ki, bir gün onları görməyəndə lap ürəkləri partlayır. Zarafatdeyil ey, yaltaq adam elə şirin danışır ki, deyirsən heç bundan sənə yaxın olanyoxdur. Qardaşına inanmırsan, bacına inanmırsan, əmin oğluna, dayın oğluna, bibinoğluna inanmırsan, amma bu yaltaq adama inanırsan.Çünki loru dildə demiş olsaq, onların üzündə şeytan tükü var. Və bu şeytan tüküdə çox adamları yolundan çıxarır, yumuşaldır.

Elə ki, bu yaltaqadamlar həmin insandan bəsdi deyincə istifadə elədilər, bax, bundan sonra ilim-ilimitirlər, başqa birisini ələ keçirirlər. Və başqa birisini də inək kimi sağıb xeyrinigörürlər. Eşidəndə ki, o inək kimi sağıb xeyrini gördüyü adam ya vəzifədən çıxıb,ya da xəstəxanaya düşüb, heç vaxt onu axtarmaz və tapmaz. Ən azından ona görə ki,bu yaltaq adamlara artıq belələri tay lazım deyil. Çünki onlar şirin dillərini,şeytan tüklərini işə salıb yeni adamların ağzına girib başqa yerindən çıxırlar…

Seyran Səxavət biryaltaq itdən canını asanlıqla qurtardı. Ay ustad, bəs bu qədər yaltaq adamlar var,onlardan canımızı necə qurtaraq? Bəlkə onları da aparıb azdıraq? Vallah, sənin oqapındakı it yaltaq adamlardan daha səmimidir. Çünki sən o iti azdırdın və bir dahadalınca gəlmədi. Ancaq yaltaq adama itə deyilən sözü ona deyirlər, üzünə tüpürürlər,yenə imkanlı insanın dalınca düşür.

O qədər dalınca düşürki, axırda o imkanlı adam da ondan bezir. Yox, səhv elədim, bezmir, iyrənir. Sağınabaxır yaltaq görür, soluna baxır yaltaq görür, qarşına baxır yaltaq görür, arxayaboylanır yenə yaltaq görür. Bu yaltaqları nə qədər azdırsan da, vallah yenə gəlibsəni tapacaq.


TƏQVİM / ARXİV