adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 Dekabr 2016 16:26
15306
ŞOU-BİZNES
A- A+

“Forbes” ilin ən gəlirli aktyorunun adını açıqlayıb

ABŞ-da işıq üzü görən məşhur "Forbes” jurnalı Kris Evansı 2016-cı ildə studiyalar üçün ən gəlirli aktyor elan edib.

Adalet.az  xəbər verir ki, aktyorun qonorarı kimi xərclənən hər 1 dollara görə filmin yaradıcıları 135,8 dollar qazanır.

K.Evans "Qisasçılar”, "İlk qisasçı”, "İlk qisasçı: Başqa müharibə” və "İlk qisasçı: Qarşıdurma” filmlərindəki Kapitan Amerika rolu ilə tanınır.

Reytinqdə, həmçinin Kris Pratt, Skarlett Yohansson, Mila Kunis, Vin Dizel, Cennifer Eniston, Ben Afflek, Robert Dauni-cunior, Mett Deymon və Cennifer Lourens yüksək pillələrdə qərarlaşıblar.