adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Dekabr 2016 15:36
11995
ŞOU-BİZNES
A- A+

Tanınmış sənətçinin dəfnində böyük hörmətsizlik

Türkiyənin məşhur musiqiçi və bəstəkarı Çoşqun Erdem İsveçrədə səhnədə beyin qanaması keçirərək dünyasını dəyişib.

Adalet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dünən sənətçinin dəfn mərasimi keçirilib. Lakin mərasimdə sənət dünyasından sadəcə iki nəfər - Orxan Gencebay və "Ateşböceği" Ercan iştirak edib.

Başqa məşhurların iştirak etməməsi mərhumun ailəsini pərt edib.

C.Erdemin qızı Kader "Çox kədərliyəm. Atamı yaşatmaq üçün hər şey etdim. AtamSibel Can, Bülent Ersoy, Gönül Yazar, Seda Sayan, Zeki Müren, Safiye Ayla, Müzeyyen Senar kimi sənətçilərlə işləyib. Dəyərli, böyük sənətçilərlə əlaqə saxlamaq istədim, amma heç kimdən kömək görmədim. Bu vəfasızlıq nədir? Atamın cənazəsi bu qədər adamla qaldırılmalı idi? Sənət dünyası çox vəfasızmış" deyib.