adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
13 Dekabr 2016 15:13
23869
MARAQLI
A- A+

Putin jurnalistləri itlə qorxutdu - Fotolar

Rusiya prezidenti Vladimir Putin yapon jurnalistlərinə müsahibədən öncə "akita-inu” cinsindən olan itini göstərib.

 Putin "Yume” (Arzu) ləqəbli itinin onu həmişə müdafiə etdiyini deyib: "Mənə dedilər ki, siz Yumeyə baxmaq istəyirsiz. Buyurun, o əla formadadır”.


"Biz Yumeni şən və gümrah görməkdən məmnunuq. Görüşün əvvəlinin belə olacağı bizi bir qədər təəccübləndirdi. Həm də qorxduq”, - deyə KİV nümayəndələri bildirib.

"Düz edib qorxdunuz. Çünki o ciddi itdir” - Putin yapon jurnalistələrə cavab verib.


Qeyd edək ki, bu iti Putinə 2012-ci ildə Yaponiyanın Akita prefekturasının rəhbərliyi bağışlayıb. Rusiya prezidenti isə əvəzində Akita qubernatoruna Sibir pişiyi hədiyyə edib.