adalet.az header logo
  • Bakı 13°C
13 Dekabr 2016 14:04
98027
RUBRİKA
A- A+

"Facebook gündəliyi"

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                 ***

Etibar Məmmədov: "Tarif Şurası açıqlama yayıb ki, suyun qiymətini qaldırmamışıq. Əlbəttə, onlar belə səhv etməz. Suyun qiymətini yayda qaldıracaqlar ki, az çimib, iylənə-iylənə gəzsin camaat. Necə ki, qazın qiymətini qışda qaldırdılar”.


                                                                ***

Nərgiz Əzizova: "Dil sümüksüzdü, yiye dura bilmir adamlar”.


                                                                ***

Anar Bayramoğlu: "Camaat sanki öz evində yox, kirayədə yaşayır. Bu qədər kommunal xərc olar?”.


                                                               ***

Xalid Kazımlı: "ABŞ-ın yeni dövlət katibinin adı Reks olacaq. Bu ad sizə tanış gəlmir?”.


                                                               ***

Sevinc Şabanova: "Bəlkə də cəhənnəm, cənnətə olan eşqindən yanır...”


                                                               ***

Aybəniz Əhmədova: "O qədər azad olasan ki, hərdən özünə işə getməməyə də icazə verəsən. Getmək istəmirsənsə, özünü məcbur eləmə deyə biləsən. Amma bu məsuliyyət ki, var, hər dəfə ciddi analar kimi icazə vermir. Hər dəfə qaldırıb işə göndərir”.


                                                              ***


Azər Sarıyev:"Xoruz ili üzümüzə söyüş kimi gəlir”.



                                                              ***

İlham Şaban: "BAYRAM.. onu qeyd edəndə BAYRAM olur”.


                                                             ***

Elçin Əlixan: "Düz söz deyəndə niyə soruşurlar ki, "içmisən?"”.


                                                             ***

Mənsur Piriyev: "Əvvəllər qızlar ata evindən ər evinə köçərdilər. İndi ata evindən facebooka köçənlər də var. Nə deyək... xoşbəxt olsunlar”.


Sübhan Mahmudov