adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
12 Dekabr 2016 18:45
20010
KRİMİNAL
A- A+

Arvadından ayrıldı özünü bıçaqladı

Bakının Sabunçu rayonunda 40 yaşlı kişi intihara cəhd edib.

Adalet.az xəbər verir ki, hadisə 1-ci Zabrat qəsəbəsində baş verib. Qəsəbə sakini, 1976-ci il təvəllüdlü Rafiq Budaqov yaşadığı evdə qarın nahiyyəsinə iki bıçaq zərbəsi vurub.

O, bıçaq xəsarəti ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. İlkin məlumata görə, Rafiq Budaqov özünə bıçaqla xəsarət yetirən zaman sərxoş olub.

Bildirilir ki, bir neçə gün əvvəl Rafiq Budaqov həyat yoldaşından ayrılıb. Arvadının ondan ayrılmasına əsəbiləşən 40 yaşlı kişi intihar etmək istəyib. Faktla bağlı araşdırma aparılır.