adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
12 Dekabr 2016 18:12
19770
KRİMİNAL
A- A+

Rusiyada 20 yaşlı azərbaycanlı qız oğurlanıb

Rusiyanın Sankt-Peterburq şəhərinin Orconikidze küçəsində yerləşən mənzillərdən birindən 20 yaşlı azərbaycanlı qız oğurlanıb.

Adalet.az xəbər verir ki. bu barədə Rusiya KİV məlumat verib.

Şəhərin Moskva rayonunun polisinə oğurlanmış qızın 45 yaşlı anası müraciət edib. Onun sözlərinə görə, naməlum şəxslər dekabrın 11-də günorta vaxtı evə daxil olaraq qızı aparıblar. Onlar həmçinin qızın anasına zərbə endiriblər.

Ərizəçinin sözlərinə görə, qızı oğurlayanlardan biri də azərbaycanlıdır. Digər iki nəfər isə ona kömək edib.

Qaçırılan qız anası və nənəsi ilə birlikdə yaşayıb, atası vəfat edib. Qızın adı dəqiqləşdirilmir.