adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Atasına dərs keçən uşaq

RÜFƏT SOLTAN
36476 | 2016-12-12 16:17
Deməli bir ata olur, bir oğul, bir də baba. Bir gün ata babanın qocalığına dözməyib ona balaca bir stul hazırlıyır verir ki, bundan sonra evin bir küncündə oturub ailəyə kənardan tamaşa etsin, ortalıqda dolaşmasın. Baba əlacsız şəkildə laxlıya-laxlıya gedib dirənir küncə. Nəvəsi bunu görüb gedir oyuncaq kubiklərdən balaca stul hazırlayır. Gətirib atasına verib deyir ata görürsən bunu, sən babama belə qayğıkeş yanaşırsan, mən də sənin üçün gələcəkdə lazım olar deyə düzəltdim. Ata bunu görəndə beyninə nətər qan sızırsa,oyuncaq stulu alıb çırpır düz uşağın təpəsinə. Hirsli ata çönüb babaya baxır görür ki, kişini ağlamaq tutub, yanına yaxınlaşıb ehmalca qolundan tutub onu ayağa qaldırır, daha sonra altındakı stulu götürüb çırpır öz başına. Deyir dədə, bağışla məni. Qələt eləmişəm.

TƏQVİM / ARXİV