adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
09 Dekabr 2016 23:00
8893
MƏMLƏKƏT
A- A+

Daha bir yeraltı piyada keçidi tikilir

Bakıda daha bir yeraltı piyada keçidinin tikintisinə başlanılır.

trend-in məlumatına görə, piyada keçidi Yasamal rayonunun Hüseyn Cavid prospektində, Hüseyn Cavid parkı ilə Akademiya bağı arasındakı piyada zolağının yaxınlığında inşa ediləcək.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yeraltı piyada keçidinin tikintisinə yaxın vaxtlarda başlanacaq. İki çıxışı olacaq keçiddə eskalatorun quraşdırılması nəzərdə tutulmur.