adalet.az header logo
  • Bakı 18°C
09 Dekabr 2016 22:12
6506
MƏMLƏKƏT
A- A+

İraqdan Azərbaycana minnətdarlıq...

Dekabrın 9-da Bakıdakı "Bulvar Hotel”də İraqın Azərbaycandakı səfirliyi tərəfindən ölkəmizin universitetlərində təhsil alan iraqlı tələbələrin yerli ali məktəblərin rəhbərləri ilə görüşü keçirilib.

Adalet.az xəbər verir ki, görüş İraq Təhsil Nazirliyinin Azərbaycanın bəzi universitetlərinin diplomlarını tanıması ilə bağlı olub.

Tədbirdə İraqın Bakıdakı müvəqqəti işlər vəkili Fazil Avad əl-Şuveyli öz ölkəsi ilə Azərbaycanın əlaqələrinin, o cümlədən təhsil sahəsində əməkdaşlığın əhəmiyyətindən danışıb.

Fazil Avad əl-Şuveyli Azərbaycanın bir sıra ali təhsil müəssisələrində, o cümlədən Tibb Universitetində, Bakı Dövlət Universitetində, Dövlət Neft və Sənaye Universitetində, Xəzər Universitetində 400-dən çox iraqlı gəncin təhsil aldığını diqqətə çatdırıb. Qeyd edilib ki, həmin gənclərdən təxminən 300-ü ali məktəblərə bu il qəbul olunub.

Təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayan Fazil Avad əl-Şuveyli iraqlı tələbələrin Azərbaycan universitetlərində təhsili üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.

Digər çıxış edənlər də Azərbaycanda təhsil alan iraqlı tələbələrə uğurlar arzulayıblar.