adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Dekabr 2016 22:07
6027
HADİSƏ
A- A+

Goranboyda ağır qəza baş verib

Goranboyda ağır yol qəzası baş verib.

Adalet.az-ın verdiyi məlumata görə, hadisə rayonun Qarqucaq kəndi yaxınlığından keçən avtomobil yolunda qeydə alınıb.

NİVA və VAZ-21011 markalı avtomobillərin toqquşması nəticəsində "Niva”nın sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin və "VAZ21011” də olan bir nəfər ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüblər. İlkin məlumata görə, dünyasını dəyişən "Niva”nın sürücüsü Goranboy rayon İcra Hakimiyyəti başçısının köməkçisi Fuad Əliyevdir.

Faktla bağlı araşdırma aparılır.