Maşallah Əhmədovun məhkəməsi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Adalet.az-ın APA-ya istinadən yaydığı xəbərə görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə M. Əhmədovun vəkili müdafiə nitqi ilə çıxış edib. O, bildirib ki, M. Əhmədovun dəymiş ziyanı ödəməsi yüngülləşdirici hal kimi nəzərə alınmalıdır.
Son söz demək üçün Maşallah Əhmədova söz verilsə də, o, çıxışa hazır olmadığı üçün məhkəmədən vaxt istəyib.
Proses dekabrın 20-də davam edəcək.
Qeyd edək ki, M. Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. İttihama görə, bizneslə məşğul olan keçmiş futbolçu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, vədinə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.
Prokuror məhkəmədən M. Əhmədovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Digər Xəbərlər
19 Aprel 2024 18:19
FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb
18 Aprel 2024 12:03