adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
09 Dekabr 2016 20:15
6941
MƏMLƏKƏT
A- A+

Bu istiqamətdə hərəkət dayandırılır

Dekabrın 10-da saat 22:00-dan səhər saat 5:00-dək Dilarə Əliyeva küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Süleyman Rüstəm küçəsi ilə kəsişməsinədək olan hissədə (Rəşid Behbudov küçəsi istiqamətində) yol bağlanacaq.

Adalet.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyatı Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

O bildirib ki, yolun bağlanmasına səbəb Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Dilarə Əliyeva 227 ünvanında yerləşən 2-ci korpusunda aparılan təmir işləridir. Sürücülərdən yolun bağlı olduğu saatlarda alternativ olaraq 28 May küçəsindən istifadə etmələri xahiş olunur.