İndi də bizim dövr...

ETİBAR CƏBRAYILOĞLU
57103 | 2016-12-09 19:35

Elə bilirdilər həmişəonların dövrü olacaq. Ona görə də "Bizim dövr" adı altında nəoyunlardan çıxmırdılar. Təkcə oyunlardanmı? Sonra nələrin yaşandığını hər kəsgördü. Böyük şairimiz Ramiz Rövşənin təxmin elədiyi baş verdi:

Qəfil gün doğsa bir gecə,

Dünya dümağişıqlansa:

Şəhər-şəhər,küçə-küçə,

Otaq-otaqişıqlansa,

Görərikkimlərin əli

kimlərincibindən çıxır.

Kimlər əyilə-əyilə

kimlərinevindən çıxır...

Əlləri başqalarının cibində olan, əyilə-əyilə özgə evlərdən çıxan bəzi"qəhrəmanların" "Bizim dövr"ü bitdi. Dövlət TəhlükəsizliyiXidmətinin keçirdiyi əməliyyat bəzi mətləblərə aydınlıq gətirdi. Cəhənnəmə gedənoralarda darıxmasın deyə, həmişə özünə yoldaş axtarır. "Bizim dövr"gedəndə "Gündəlik Bakı"nı da özü ilə apardı. "GündəlikBakı" barədə həftələrlə yazmaq olar, amma onunla işimiz yox. Necə deyərlər,cəhənnəmə ki...

Amma "Bizim dövr" deyib yetənə yetən, yetməyəni küt qələmləşantaj edən Surxay Əliyev barəsində bir kaç kəlmə yazmağa dəyər.

"Gedənin arxasınca danışmazlar" deyib məni qınamaq istəyənlərəcavabım qısadı - Surxay Əliyevin qanunsuz əməlləri haqqında hələ üz il əvvəlyazmışdım, "Ədalət" qəzetinin arxivi şahiddir.

2013-cü il sentyabrın 17-də qəzetimizin baş redaktor müavini Məzahir ƏhmədzadəMətbuat Şurasının 06 sentyabr 2013-cü il tarixli 401 saylı məktubunu mənə verərəkyazı hazırlamağı xahiş etdi. Reket jurnalistləri gendən tanıyan, həm "Ədalət"qəzetində, həm də "Uembli arayışı" və "Metamorfoz"kitablarında bu bəla barədə çeşidli yazılar yazan Məzahir müəllimin verdiyi buməktub nədən bəhs edirdi? Mətbuat Şurasının Mingəçevir Turizm Kollecinin direktoru,professor Əyyub Əyyubova ünvanladığı həmin məktubda "Bizim dövr"ün butəhsil ocağı, onun rəhbəri barədə şantaj dolu məqalələr yazdığından bəhs edir,Surxay Əliyevin və komandasının "Azərbaycan Jurnalistlərinin PeşəDavranışı Qaydaları"nı kobud surətdə pozduğu bildirilirdi. MətbuatŞurasının məktubu əsasında hazırladığım məqalə "Ədalət"in 2013-cü il18 sentyabr tarixli sayında dərc olundu. Və...

Surxay Əliyev və onun "Bizim dövr"ü hansı oyunlardan çıxmadı?Qarşısına çıxanları şantaj etməkdə usta birisi olan Surxay Əliyev "MətbuatŞurası haqlının yanındadı" adlı məqaləminyanından boş keçərdimi heç? Keçmədi də, gözlədiyim oldu, telefon zəngləri, hədələr,şantaj... "Bizim dövr"ün 19 sentyabr 2013-cü il tarixli sayında"Etibar Cəbrayıloğlu kimin yanındadı" adlı "yazı" çapolundu. Üstəlik, Surxay Əliyev və onun dəstəsi həmin "yazı"da məni nədəittiham etmirdilər? Üzünü görmədiyim, səsini eşitmədiyim, adını "Ədalət"və digər qəzetlərdən oxuduğum professor Əyyub Əyyubovdan guya rüşvət almışam,daha nələr... Turizm Kollecinin direktoru ilə şəkilimi də kollaj etməyiunutmamışdılar. Bu da son deyildi, bir gün sonra analoqu olmayan bir hadisə dəbaş verdi, bizim "Ədalət" qəzetində "Ədalətli olmaqlazımdı" adlı məqalə dərc etdirib məni təkzib etməyə çalışdılar.

Onların bu həyasızlığı onda da, elə indi də mənə vız gəlir. Amma bir məsələnionda da, elə indi də unuda bilmirəm. Bir vaxtlar "Ədalət" dəçalışmış, qəzetimizi Mətbuat Şurasının komissiyasında təmsil edən, səhər buqurumda özünü reket jurnalistlərin qənimi kimi gözə soxan, axşamlarsa SurxayƏliyev və onun komandası ilə mənə qarşı birləşən "dostumun" hərəkətinəad tapmaqda çətinlik çəkirəm...

Surxay Əliyevin və dəstəsinin yalan və şantaj dolu hərəkətlərindən MətbuatŞurasına rəsmi şikayət yazmalı oldum, "Bizim dövr"ün bizim "Ədalət"dətəkzib verməsini tələb elədim. Lakin o vaxtlar Surxay Əliyev və dəstəsi üçün əsl"Bizim dövr" idi, şikayətimin baxılmasına maneçilik törədir, MətbuatŞurasının tələbini yerinə yetirmirdilər. Yeddi aylıq mübarizədən, MətbuatŞurasının sədri Əflatun Amaşovun qətiyyətli mövqeyindən sonra "Bizimdövr"ün qəhrəmanları "Ədalət" qəzetində təkzib verməyərazılaşdılar. Amma bu dəfə də Surxay Əliyev və onun dəstəsinin köməyinə"dostum" gəldi. Daha doğrusu, həmişəki kimi öz xidmətini onlara təklifetdi, təkzibin qəzetdə dərcini çeşidli bəhanələrlə yubatdı. Bəhanəsi kəsiləndənsonra nəhayət təkzib "Ədalət"in 29 aprel 2014-cü il tarixli sayındaişıq üzü gördü: "Bizim dövr" qəzeti bildirir ki, bu mətbu nəşrin 19sentyabr 2013-cü il tarixli sayında dərc olunan "Etibar Cəbrayıloğlu kiminyanındadı" sərlövhəli, "Sifarişli yazı yazanın "ədalət kriteləri"altsərlövhəli yazıda və "Ədalət" qəzetində gedən "Ədalətli olmaqlazımdı" (20 sentyabr 2013-cü il) sərlövhəli təkzibdə jurnalist Etibar Cəbrayıloğlunun "MətbuatŞurası haqlının yanındadı" ("Ədalət" qəzeti, 18 sentyabr 2013-cüil) sərlövhəli materialda ifadəsini tapan məqamlarla bağlı yer alan bütünittiham xarakterli fikirlər həqiqəti əks etdirmir, müvafiq sənədlərləyanlışlığı təsdiqlənir. Qəzet buna görə də jurnalist Etibar Cəbrayıloğludan üzristəyir".

Bu təkzib bizim "Ədalət" də işıq üzü görəndə təqvimdə hələ2014-cü il idi. O vaxtlar Surxay Əliyev və onun komandası üçün "Bizimdövr" sayılırdı. Onlar hətta dost saydığımız adama xəyanət də sifariş edirdilər.

Bu gün isə bizim dövrdü. Biz isə həmin "dosta" xəyanət sifarişvermirik. Onu sadəcə ürəyimizdən silirik və məsləhət görürük ki, böyük RamizRövşənin şeirini bir də oxusun. Axı həmin "dost" hər yerdə özünüBilik adamı kimi təqdim etməyi xoşlayır...

Qəfil gün doğsa bir gecə,

Dünya dümağişıqlansa...

TƏQVİM / ARXİV