adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Dekabr 2016 18:59
11867
İQTİSADİYYAT
A- A+

Neft gəlirləri bundan sonra “qızıl qayda” əsasında xərclənəcək

Azərbaycanda neft gəlirlərinin dövlət büdcəsinə köçürülməsini tənzimləyəcək "qızıl qayda”nın tətbiqi nəzərdə tutulub.

Adalet.az xəbər verir ki, bu, "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə strateji hədəf kimi əksini tapıb.

Sənədə əsasən, bu addım fiskal dayanıqlığın gücləndirilməsi və davamlı monetar siyasətin qəbul edilməsi çərçivəsində atılacaq. Bundan başqa, xərc/investisiya intizamının təminatı üçün mexanizmin yaradılması, yeni iqtisadi modeldə effektiv pul siyasəti rejiminin tətbiq edilməsi planlaşdırılır.

Strateji Yol Xəritəsinin digər hədəfi isə özəlləşdirmə və dövlət mülkiyyətində olan müəssisələrlə bağlı islahatların həyata keçirilməsidir. Bu çərçivədə iqtisadiyyatda dövlət sektorunun əhəmiyyətinin artırılmasına dair ümumi yanaşmanın əlaqələndirilməsi, özəlləşdirmə gündəliyinin uğurla icrası və priorotet sektorlarda özəlləşdirmənin həyata keçirilməsi, özəlləşdirmə və birbaşa xarici investisiya üçün uyğun investorların cəlb olunması nəzərdə tutulub.

Bundan başqa, sənəddə insan kapitalının inkişaf etdirilməsi də strateji hədəf kimi qarşıya qoyulub. Təhilin bütün pillələrində keyfiyyətin yüksəldilməsi, əmək məhsuldarlığının yüksəldilməsini təmin etmək üçün insan kapitalının inkişafının stimullaşdırılması planlaşdırılır.

Hökumət həmçinin əlverişi biznes mühitinin inkişaf etdirilməsi, bu məsələdə özünün aparıcı rolunun daha da gücləndirilməsi barədə düşünür.