Koreya Prezidenti səlahiyyətlərini Baş nazirə təhvil verdi
Koreya Respublikasının Prezidenti Pak Kın He səlahiyyətlərini Baş nazir Hvan Qyo Ana təhvil verib.
Dövlət başçısı parlamentin ona qarşı impiçment elan etməsindən sonra bu addımı atıb.
İmpiçment qərarına Konstitusiya Məhkəməsində baxılacaq.