adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
09 Dekabr 2016 17:38
9626
MƏDƏNİYYƏT
A- A+

2016-cı ildə Azərbaycan kimləri itirdi?

2016-cı ildə sənət aləmində bir çox tanınmışlar dünyasını dəyişdi.

Adalet.az bu il vəfat edən yerli məşhurların siyahısını təqdim edir:

İlin ən ağır itkilərindən biri Xalq artisti İlhamə Quliyeva nın vəfatı olub. Müğənninin fevralın 25-də səhər saatlarında qəfildən halı pisləşib, dünyasını dəyişib.

Xalq şairiZəlimxan Yaqubuzun sürən xəstəlikdən sonra yanvarın 9-da dünyasını dəyişib.

Xalq artisti, dirijorNəriman Əzimov80 yaşında vəfat edib.

RejissorƏləkbər Kazımovskidünyasını dəyişib. O, Əməkdar artist Nahidə Orucovanın 55 illik yubiley məclisinin başlamasına bir qədər qalmış restorana gəlib. Halı pisləşən rejissor masa arxasında vəfat edib.

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin 55 yaşlı direktoruBəxtiyar Şərifzadəiş başında dünyasını dəyişib.

Şair, publisist, ssenari müəllifi, kino redaktoru, Əməkdar mədəniyyət işçisiFikrət Sadıqbu ilin noyabrında86 yaşında vəfat edib.

Rejissor, Əməkdar incəsənət xadimiFikrət Əliyevdə 2016-cı ildə dünyasını dəyişən tanınmışlardandır.

Aktyor, uzun illər AzTV-də rejissor assistenti kimi çalışanArif Qasımovbu il vəfat edib.

"Şeron”qrupunun musiqiçisiAzər Qafarovnoyabrda dünyasını dəyişib.

Tanınmış uşaq bəstəkarı, SSRİ-nin Əməkdar incəsənət xadimi, Xalq artistiOqtay Zülfüqarov87 yaşında vəfat edib.

"Lider TV”-nin əməkdaşıİlqar Qulusoyrəhmətə gedib.

Xalq şairi, tanınmış publisistSöhrab Tahirvəfat edib.