adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
09 Dekabr 2016 17:30
8268
DÜNYA
A- A+

Böyük Britaniyanın keçmiş baş naziri xəbərdarlıq etdi

Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron Avropanın vahid valyutası avronun çökməsindən ehtiyat edir.

Adalet.az-ın RİA Novostiyə istinadən verdiyi məlumata görə, bu barədə keçmiş nazir İndiana ştatında DePo Universitetinin tələbələri ilə görüşü zaman deyib.
Kemeronun fikrincə, avrozonanı gələcəkdə daha çox problem gözləyir. O qeyd edib ki, avro əvvəlcədən planlaşdırıldığı kimi çalışmır.

Keçmiş baş nazir deyib:

"Bütün avrozona ölkələrində vahid valyuta var, amma vahid vergi və maliyyə sistemi yoxdur. Bu, böyük çətinliklər yaradır”.