adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
09 Dekabr 2016 21:37
12123
MƏDƏNİYYƏT
A- A+

“Qısqanc ürəklər” tamaşası 100-cü dəfə nümayiş olunacaq

Musiqili Teatrında xalq artisti, bəstəkar R.Mirişlinin "Qısqanc ürəklər” iki hissəli musiqili komediyası 100-cü dəfə nümayiş olunacaq.

Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Axşam.az-a açıqlamasında bildirib ki, tamaşanın 100-cü nümayişi 10 dekabrda saat 19.00-da baş tutacaq. "Qısqanc ürəklər” komediyası 10 ildir ki, Dövlət Musiqili Teatrının repertuarındadır. Səhnə əsərinin premyerası 22 dekabr 2006-cı ildə keçirilib.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı əməkdar rəssam Eldar Qurban, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Nərminə Əbdürəhmanovadır. Tamaşada rolları xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal, əməkdar artistlər Nahidə Orucova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, aktyorlar Ülviyyə Əliyeva, Pərviz Məmmədov, Hüseyn Əlili, Güldanə Əzimova, Ruslan Mürsəlov, Elnarə Nağdəliyeva və Fərid Rzayev ifa edirlər.