adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
09 Dekabr 2016 14:55
6134
MƏMLƏKƏT
A- A+

Sabah havanın temperaturu artacaq

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənAxşam.az-a verilən məlumata görə, sabah paytaxt və yarımadada bəzi yerlərdə zəif duman olacaq. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 4-7 dərəcə isti, Bakıda gecə 0-2, gündüz 5-7dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 761 mm civə sütünundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85%, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi cənub rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3dərəcəyədək isti olacağı gözlənilir.