SÖZÜN ƏTRİ

FAİQ QİSMƏTOĞLU
90157 | 2016-12-09 13:57

Dünyada elə insanlarvar ki, onlar dağdan ağır olurlar. Yəni bu insanlar öz oturuşu, duruşu, yerişi vəağayanalığıyla başqalarından tamamilə seçilirlər. Bu adamları tək öz qohum-əqrabasıdeyil, həm də el-oba çox istəyir. Çünki bu dağdan ağır adamlar həmişə qeyri-adihərəkətləriylə el-obaya, dost- tanışa hörmət gətiriblər. Hətta birinin işini heçkəs aşıra biləmyəndə, o dəqiqə yada bu dağdan ağır kişilər düşüblər. Və dağdan ağırkişilər də qabağa düşərək dağdan ağır işi aşırıblar…

Biz Azərbaycan DövlətUniversitetinin jurnalistika fakültəsində oxuyanda çox istedadlı tələbə dostlarımızvardı. Və bu dostlar bayaq dediyimiz kimi, başqalarından öz əməli-saleh işləri,istedadları və cəmiyyətdəki mövqeləri ilə fərqlənirdilər. Biz birinci kursda oxuyanda bizdən yuxarıda təhsilalan və tez-tez efirlərdə, mətbuat səhifələrində imzaları və özləri görünən istedadlıtələbələrə qibtə ilə baxardıq. Belələrindən biri də Ziyəddin Sultanov idi. ZiyəddinSultanov tək yazılarıyla, istedadıyla başqalarından seçilmirdi. O həm də ağayanalığı,ağır oturub batman gəlməyi və ən nəhayət, ağsaqqallara məxsus sambalıyla fərqlənirdi.Elə ki, tələbə dostlarımızdan birinin işi alınmayanda və daha doğrusu, kəsiri olandao dəqiqə yadlarına Ziyəddin Sultanov düşərdi. Və onlar Ziyəddin müəllimim tapardılar,ona dərdlərini deyərdilər, o da qabağa düşüb heç kimin həll edə bilmədiyi məsələniyoluna qoyardı və heç kəsdən də bir təmənna, adi quru «çox sağ ol» da ummazdı.

Image result for Ziyəddin Sultanov

Fakültəyə gələndədağ boyda ağır bir insana bənzəyirdi. Və hamı da istəyərdi onunla münasibət yaratsın,yoldaşlıq eləsin və heç olmasa salam versin. Ziyəddin Sultanov nə qədər ağayana,nə qədər samballı bir insandırsa, bir o qədər də sadə və səmimi ziyalıdı.

Bu sadəliyi də onahəmişə böyük hörmət, səmimiyyət və nüfuz gətirirdi. Ziyəddin Sultanov böyük mətuataqədəm qoyduğu ilk gündən Həsən bəy Zərdabinin, Mirzə Cəlilin yolu ilə gedib və heçvaxt ağa qara, qaraya da ağ deməyib. Elə hadisələrə bu cür obyektiv münasibət bəsləməyidə onun böyük jurnalistikada və mətbuatda nüfuzunu birə beş artırıb.

«Kommunist» qəzetindəişləmək və orda yazı yazmaq hər jurnalistə nəsib olan iş deyildi. Amma ZiyəddinSultanov «Kommunist» qəzetində özünün gözəl oçerkləri, zarisovkaları, korospondensiyaları,reportajları, felyetonları və müsahibələriylə böyük mətbuatda imzasını tanıtdarabilmişdi. O uzun müddət «Kommunist» qəzetində Qarabağ üzrə bölgə müxbiri vəzifəsinidaşıyıb. Azərbaycan jurnalistikasının nüfuzunu qoruyan, ona şərəf gətirən və adınıuca tutan barmaqla sayılası jurnalistlərdən biri olub Ziyəddin Sultanov. Hətta felyetonyazdığı adam belə obyektiv yazıya görə, Ziyəddin Sultanovdan inciməyib və ona qarşıqərəzli münasibət bəsləməyib. Ən azından ona görə ki, Ziyəddin Sultanov hər hansıtənqidi yazını, felyetonu qələmə alarkən öz vicdanının səsini eşidib və faktlara istinad edib. Məhz bu dəyərlərə və müqəddəs hisslərə söykəndiyinə görədə ona qələmi həmişə baş ucalığı və şərəf gətirib.

Bu gün Azərbaycanjurnalistikasında Ziyəddin Sultanov kimi öz sənətini sevən insanlara çox böyük ehtiyacduyulur. Ona görə ehtiyac duyulur ki, mətbuata son vaxtlar bu işdən xəbəri olmayannaşı insanlar darışıblar. Amma nə yaxşı ki, bu gün Azərbaycan mətbuatında ZiyəddinSultanovlar var və bu Ziyəddin Sultanovların hesabına da Azərbaycan mətbuatı klassikənənəsini və simasını qoruyub saxlaya bilib.

Hər jurnalistin işideyil ki, o bütün janrlarda yazı qələmə almağı bacarsın. Mən tam cəsarətlə deyəbilərəm ki, Ziyəddin Sultanov o jurnalistlərdəndir ki, hər bir janrda gözəl yazılaryazıb və öz möhürünü vurub. Bu yazılar Azərbaycan mətbuat tarixinin obrazlı dildədemiş olsaq, «qızıl yazıları» adlana bilər.Çünki bu yazılarda həm gözəl dil və üslub, həm mövzuya qeyri-adi yanaşma tərzi,həm də gözəl bədii ifadələr öz əksini tapıb. Jurnalist o vaxt istəyinə nail olurki, onun çox zəngin dünyagörüşü, mütaliəsi və həyata fərqli baxışı olur. Bax, dediyimizbu nüanslar Ziyəddin Sultanovun bütün yazılarında qırmızı xətt kimi görünür.

Bu istedadlı yazartək jurnalistik fəaliyyətlə məşğul olmayıb. Onun bir-birindən gözəl publisist yazıları,müxtəlif bədii yazıları vardır. Bu yazılar o qədər şirin, o qədər mənalıdır ki,onların bir çoxunu birnəfəsə oxumaq olur. Ziyəddin Sultanovun neçə-neçə kitablarıişıq üzü görüb və bu kitabların hər birində bir dünya var. Onun hansı yazısını,hansı oçerkini, hansı məqaləsini oxusan,ordan Qarabağın ətrini, təmiz havasını, suyunu hiss edirsən. Hiss edərsən ki, Ziyəddin Qarabağın hər qarşıtorpağına addım basıb, oranın nəfəsini, havasını duyub və yazılarına da bu nəfəsi,bu havanı gətirib…

O, hansı qəzetdə,hansı mətbuat orqanında işləyibsə, onun nüfuzunu artırıb. «Kommunist» qəzetindədə, «Azəbaycan» qəzetində də və bu gün çalışdığı «Xalq» qəzetində də jurnalistikamızaböyük hörmət, böyük şöhrət və böyük sevgi gətirib. Bu böyük sevgini və böyük hörmətiZiyəddin Sultanov sanki bizlərə də aşılayır. Aşılayır ki, harda işləməyindən vəçalışmağından asılı olmayaraq, jurnalist sənətinə hörmətlə yanaşaq.

Bir dəfə onunla Füzulidəgörüşdük. Elə oldu ki, bir yerdə əyləşib yaxın dostlarla çörək də kəsdik. Stolumuzunarxasında əyləşənlər rayonumuzun sayılıb-seçilən insanları idi. Amma görürdüm ki,onlar hamısı Ziyəddin Sultanova çox qeyri-adi və qibtəylə baxırlar. Yaxın dostlarımdanbiri dedi ki, mən belə ağayana, samballı jurnalist görməmişəm. Heç kimə əyilməyənvə heç nədə gözü olmayan bu cür ziyalını görəndə yadıma Həsən bəy Zərdabi, CəlilMəmmədquluzadə düşür. Və sən də nə yaxşı ki, belə bir istedadlı, ləyaqətli və ağayanajurnalistlə dostluq eləyirsən.

Beləbir deyim var: «Elin gözü tərəzidir». İstər müsbət cəhətini, istərsə də mənfi cəhətini camaat daha yaxşı görür. Və bəzənibiz elə fikirləşirik ki, hansısa səhv addımımızı kimsə nəzərdən qaçırır. Ancaq buqətiyyən belə deyildir. Jurnalist həm də cəmiyyətin içində olan, onun bütün ağrılarını,acılarını yaşayan ictimai xadimdir. Yəni bizim hər bir hərəkətimiz cəmiyyət tərəfindənqiymətləndirilir. Və cəmiyyət də bizim müsbət və mənfi cəhətlərimizi görəndə istər-istəməzbunu həm xeyirdə, həm də şərdə danışırlar.

Sözümüncanı ondan ibarətdir ki, bu gün Azərbaycan jurnalistikasında Ziyəddin Sultanov kimiyazarlara çox ehtiyac var. Çünkionlar əlinə qələm almamışdan öncə öz vicdanınınsəsini eşidirlər… Çünki onlar təmiz əxlaqa, təmiz əqidəyə və təmiz ürəyə xidmətedirlər... Və bu təmiz ürəkdə, təmiz əxlaqda heç vaxt qara düşüncələr ola bilməz.Və mən sevinirəm ki, nə yaxşı ki, bu gün jurnalistikamızda Ziyəddin Sultanov kimidağ boyda ağayana yazar var…

Mən sevinirəm ki,cəmiyyətin böyük təbəqəsi bu cür yazarlara və istedadlara hörmətlə yanaşırlar. Vəmən ona da sevinirəm ki, Ziyəddin Sultanov Azərbaycan mətbuatında öz sözünü demişvə öz möhürünü vurmuş jurnalistlərdəndir. Bir də ona sevinirəm ki, nə yaxşı ki,bu gün mətbuatımızda Ziyəddin Sultanovlar var və onlar haqqa, ədalətə və vicdanlısözə xidmət eləyirlər və ömrü boyu da sözə xəyanət etməyiblər. Allah belə qələmsahiblərini, ürək sahiblərini hifz eləsin və onları qorusun!!!


TƏQVİM / ARXİV