adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

ÜŞÜYƏN XATİRƏLƏR

ƏBÜLFƏT MƏDƏTOĞLU
74070 | 2016-12-09 11:23

Hələ ki onlarla isinirəm

Hava qəflətən dəyişdi. Əslində heç qəflətən də deyildi. Az qala on günidi ki, simləri tez-tez dəyişirdi – gah aşağıda çalırdı, gah yuxarıda. Necə deyərlər,«mesajını edirdi» bizlərə. Elə bu «mesajıedirdi» sözünü dilimə gətirəndə yadıma bir lətifə düşdü. Onu ustad HüseynArifin adı ilə də bağlayırlar. Amma nə qədər doğrudur deyə bilmərəm. Lətifə belədirki…

Deməli, günlərin birində Əzrayıl hazır olur bir Allah bəndəsinin qarşısındavə deyir:

- Dur gedək!

Allah bəndəsi bir aşağı baxır, bir yuxarı baxır və deyir:

-Bu boyda da namərdlik olar? Gəlməmişdən bir xəbər göndərərdin, mən də hazırlığımıedərdim. Heç olmasa əlimdəki işi bitirərdim.

Əzrayılhalını pozmadan deyir:

-Sağdakı qonşun Məmmədi tanıyırdın?

Bəndədərhal cavab verir:

-Əlbəttə, Allah rəhmət eləsin.

Əzrayıl:

-Onu keçən ay apardım. Soldakı qonşun Qulamı tanıyırdın?

Bəndəyenə dillənir:

-Əlbəttə, Allah rəhmət eləsin.

Əzrayılyenə halını pozmadan:

-Onu da keçən həftə apardım. Day bundan başqa nə cür xəbərdarlıq edəydim sənə?

Bəndəsusur…

Bəli,indi hava da bizə müxtəlif simlərdə ismarıcını elədi. Gah isti oldu, gah qəflətənsoyuq, gah yağış, gah tufan… Bütünbunlar xəbərdarlıq idi də… Bütün bunlar qarın gəldiyini söyləyirdi də - həm bizə,həm də başımızın böyüklərinə. Nə isə… dərd hava dərdi deyil. Dərd bu havada üşüməkdənnecə qorunmağın dərdidi. Lap bir az da dəqiqliyəgetsəm, heç üşüməkdən qorunmaq da dərd deyil. Yəni olub-qalanını geyinəcəksən, yorğanına,adyalına bürünüb bir küncdə oturacaqsan. Dərd üşüyən ürəyin, üşüyən ruhun dərdidi.Onu isitmək üçün o üşüyən ruh qədər, üşüyən ürək qədər də odlu-alovlu ürəyin, ruhunatəşi gərəkdi sarılsın bir-birinə, söykənsin bir-birinə… dursun göz-gözə, dursunnəfəs-nəfəsə və qalib gəlsin təbiətin çılpaqlığına… qalib gəlsin duyğuların pozulmuşnizamına… qalib gəlsin özünə, sözünə, bütövlüyünə…

Bəli, bu fikirlərinarxasınca düşüb getmək bəlkə də sizə xoş gəlməyəcək. Amma mən son vaxtlar daha çoxbaş verən hadisələrin mahiyyətində, cizgilərində, hərəkət mexanizmində öz iç dünyamınçırpıntılarını, düşüncələrini, istəklərini, lap hansısa xırdaca bir iynə ucu vintinigörmək istəyirəm, tapmaq istəyirəm. Bəlkə də bu dəlilikdi, bəlkə də özündənmüştəbehlikdi…lap bəlkə də xəstəlikdi...nə bilim. Amma hər nədisəmən öz içimin diqtəsinə uyub ətrafda qurduğumxəyalın, içimdə daşıdığım aləmin, beynimdə cilaladığım düşüncələrin oxşarını, bənzərini,eynisini və yaxud da kiçicik bir nöqtəsinitapmaq üçün sinov gedirəm. Elə bilirəm onu tapsam, bəlkə nə isə dəyişdi.. bəlkənə isə baş verdi.. və bəlkə o nə isə məni ümidləndirdi. Amma neyləyim ki, mən soraqlayıram,mən axtarıram, zaman isə öz axarındadı. Mən bu axara necə «dur!» deyim, necə «dayan!»deyim bilmirəm. Bildiyim odur ki:


Gözümü yumuram

içində

gözümü açıram

önündə

ötən anlarımda,

günümdə

səninlə

göz-gözə

üz-üzə

dayanıram, dururam…

mən

səndə yaşayıram

səndə

özümü unuduram-

bunu

sən istəməsən də!..


***

Var-gəl edirəm. Bu,havanın soyuq olmasına bir işarə deyil. Ona görə var-gəl edirəm ki, özümü axtarıram.Kimdənsə soruşmağa utanıram. Necə soruşum ki, məni görmüsünüz? Təsəvvür edin ki,belə bir sualla sizə müraciət edirəm. Onda mənə necə baxarsınız? Bax, onu təsəvvüredib ehtiyatlanıram və heç kimdən məni görüb-görmədiyini soruşmuram. Özüm özümüaxtarıram var-gəl edə-edə, fikirlərimi dağa-arana daşıya-daşıya. Və bir də dəftər-kitabın,kağız-qələmin arasına boylanıram. Fikirləşirəm ki, orda ilişib qalmış olaram. Adətənkitabxanada, kitab mağazalarında o qədər ilişib qalmışam ki... O yaddaşla baxıramkitab-dəftər arasına. Amma yox! Orada da yoxam. Deməli, mən çox-çox uzaqlardayam.Əgər yaxında olsaydım gözə dəyərdim, kimləsə qarşılaşardım. Heç olmasa dostlardan,tələbə yoldaşlardan kimsə halımı soruşardı, salam verərdi. Mən özümü görüb tanıyardım. Bax, bu məqamda rəhmətlik Vahid Əlifoğlu yadımadüşür. O bir dəfə mənə məktub yazmışdı. Yazmışdı ki: «Ayə, ay qağa, sənin nə ölümünvar o Bakıda. Axtaranda da tapmaq olmur. Telefonuna da zəng çatmayanda ağlımdanyüz-yüz fikir gəlib keçir. Fikirləşirəm ki, bunu maşınmı vurdu? Küləkmi götürübatdı dənizə? Yoxsa, gecəqondusu uçdu, qaldı altında?». Hə, Vahid, Allah sənə rəhməteləsin! Vaxtında sənə qulaq asmadım, səni dinləmədim.Sözünü eşitsəydim, indi mənim də dörd yoldakı çayxanada küncün birində yerim varıydı.Oturmuşdum bir küncdə sənlə siqaret tüstülədib, çay içib böyük ədəbiyyatdan danışardıq.Amma qulaq asmadım. Yapışdım Bakının asfaltından. Axırda da elə asfalta da çevrildimtapdalana-tapdalana. Ruhumu hər kəs öz istədiyi kimi yabaladı, süngülədi, dəlik-deşiketdi…

İndi də ayağa durmaq,yerimək, bir az iri addımlar atmaq istəyirəm. Amma o təpərim yoxdu, o gücüm qalmayıb.Sən demə, o təpər də, o güc də dostlarımdan, Haqqa qovuşan üzü nurlu adamlardan ibarət imiş. Onlaröz gedişləriylə, öz köçləriylə mənim gücümü də, mənim təpərimi də apardılar. Ammayaxşı elədilər. Mən də onların dalınca gedəndə yüküm yüngül olacaq, tez gedib çatacam,yorulmayacam yolda… Nə isə…

Bəli, mən özümü axtardığımbir məqamda hardansa yadıma gəlib düşür və mən yadıma düşən o məqamı təkrar yaşamaqistəyirəm. Çünki onda mən var idim, onda mən özümü axtarmırdım hələ və səninlə göz-gözədayanmışdım. Elə göz-gözə dayandığım məqamdada sənə demişdim bu misraları:


Çətin olacaq sənə

Kirpikdən yaş qoparmaq…

Bu yaşı da ovcunda

Məzar üstdə aparmaq-

Axı qatil özünsən!...


Hər dəfə düşünəndə

Səslənəcəkdi birah…

Ömrün boyu çiynində

Daşınacaq bu günah-

Axı qatil özünsən!..


Şəhər yer axtaracaq

Gözünü gizlətməyə

Hətta sənin özündən

Özünü gizlətməyə–

Axı qatil özünsən!...


Nəcavab verəcəksən

Dilinçaşıb ad desə

Buadın qatilinin

Adınsənə yad desə-

Axıqatil özünsən!


***

Yaxıngünlərin söhbətidi. Bir dostla günümüzü-güzəranımızı müzakirə edirdik. Elə istəyirdik ki, uyğun bir variant tapaq.Elə bir variant ki, sıxıntılardan, bizə olan basqılardan və nəhayət, qurduğumuz xəyallardan sevdiklərimizi müəyyən qədər qoruya bilək. Çünki bizim zəifliyimiz, hətta xəyalpərvərliyimizinözü belə sevdiklərimizə həmişə problem yaşadır, onları həmişə çətin duruma salır.Bizim xəyalımızla onların gerçək ölçüləri ziddiyyət təşkil edib. Bu da sonda könülqırıqlığına, ruh incikliyinə səbəb olubdu. Bax, bundan sığortalanmaq mümkün olmasada, hər halda bir az qorunmaq, bir az daldalanmaq mümkündür. Amma nə qədər çalışdıqsa,uyğun bir variant tapa bilmədik. Buna həm zamanın sürəti imkan vermədi, həm də bizimmaddi durumumuz. Ona görə də əlimizi utandığı cibimizdən çıxarıb elə bir-birimizətərəf uzatdıq. Möhkəm-möhkəm sıxıb ayrıldıq. Başqa vaxtlar belə etmirdik. Heç olmasacibimizdə utandığından gizlənən əlimizi müəyyənqəpik-quruşla sevindirib ikimiz bir masa arxasında ən azı iki möhtəşəm tost deməkxoşbəxtliyini yaşayırdıq. Amma sən demə, bunun ömru bura qədərmiş. O da tarixinarxivinə üz tutub. Və biz onunarxasınca kədərli-kədərli baxırıq. İçimizdə nələr düşünürük, dilimizdə isə:

- Qalsın gələn dəfəyə,onda oturarıq! – deyirik.

Hə, havanın şıltaqlığımüxtəlif ovqatlar yaratsa da, mənim yadımdan mövzunun lap ilk cümləsində dediyimüşüməyi çıxarmır. Çünki ürəyim üşüyür, ruhum üşüyür. Və mən indiki hava durumunuyalnız cismin üşüməsi kimi qəbul edənləri gülməli adamlar sayıram. Və onlara özümüaxtara-axtara gülürəm. Görəsən bu adamlar niyə özlərini isti bir yerə verib isinmirlərki? Çayxanalarımız, kafelərimiz, barlarımız, nə bilim saysız-hesabsız əyləncə yerlərimiz…Ya da məhəllədəki qazanxanalar.. Gedib kürəyini söykəyirsən iri ölçülü borularınbirinə və xumarlanırsan. Nə səndən pul istəyən yoxdu, nə də kimsənin yerində durmursan ki, desin bir az oyana çəkil…

Hə, mən bütün bunlarıdedim və bilgisayarda da yazdırdım. Siz də uyğun bilsəniz oxuyacaqsınız. Amma mənsizdən soruşduğum suala cavab ala bilmədim. Yəqin o cavabı nə vaxtsa tapsanız mənimünvanıma mesaj atarsınız. Çünki mən qalan ömrüm boyu ancaq var-gəl edə bilmərəm.Nəhayət ki, dayanmalıyam, özümü tapmalıyam. Bax, indi bu dəqiqə hiss edirəm ki, göy üzünə doğru gedirəmvə ordan qulağıma səslər gəlir. O səsləri sizə də mən pıçıldayıram. Yəni əslindəonlar mənim anladığım dildə danışırlar. Ona görə mən sizə onu çevirib çatdırıram.


Bir həzin

musiqinin

sədaları altında

həm də

göyün

sonuncu qatında

başını

söykəyib sinəmə

sol əlimi

alıb əlinə…

sağ əlimi isə

ilgək edib

belinə

ağır-ağır

rəqs edir

havalanmış

xatirələrim…


Hə, nə vaxtsa bupıçıltıları lap açıq-aşkar eşitsənizürpənməyin, narahat olmayın. Onsuz da bu həyatın üzü havanın üzü kimi çox soyuqdu.Sadəcə, o,kimləri çöldən üşüdür, kimlərisə içdən. Mənhələ ki, xatirələrlə isinirəm.


TƏQVİM / ARXİV