ANA SƏHİFƏ / RUBRİKA

"Yuxu planlarımı dəyişə bilir" - YUXU QAPISI

89784    |   2016-12-09 11:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yuxu həyatın tərs üzüdür. Bizim hər gün rastlaşdığımız insanların, hadisələrin o üzü. Burada zaman yoxdur. Şüurumuzun qaranlıq guşələrinə düşən bir qırıq işıqdır yuxu. O işığın içində tez-tez xatırladığımız, unuda bilmədiyimiz, hər gün düşüncəmizin küçələrində əli cibində veyil-veyil dolaşan adamlar yaşayır. Yuxudakı xatirələr, düşüncələr, əzablar, sevgilər, xəyallar, ümidlər bizim o biri dünyamızın sakinləridir. Yuxu bizi sarsıda da bilər, sevindirə də. Bəzən beynimizin içində eynən çöl boyu yüyürən atlar sayaq insanların xatirələrinin axını olur. Bu kütləvi axını bizə yuxular göstərir, qırıq-qırıq, zəif ssenaridə, montajı olmayan film kimi. Məşhur psixoanaliz Ziqmund Froyd yuxular haqqında "Yuxuların yozumu" kitabını yazmışdır. Froyda görə, yuxular bizim şüurumuzda mövcud olan həyatımızdır.


"Yuxu qapısı” rubrikasının bu dəfəki qonağı şairə Rəbiqə Nazimqızıdır. Adalet.az müsahibəni təqdim edir:


- Froyda görə, yuxu mənasız bir şey deyil, sıxışdırılmış arzuların təhrif olunmuş, pərdələnmiş şəkildə gerçəkləşməsidir.Sizin fikriniz necədir?

- Mənim üçüm konkret cavab vermək çətindir. Yaxşısı budur, öz gördüyüm yuxular barədə danışım. Freyd – mən belə deməyi xoşlayıram – dediyi məqamlar da var, yəni reallaşmamış arzularını bəzən yuxuda görür adam. Hətta bizdə belə bir atalar da sözü də var: ac toyuq yuxuda darı görər. Amma arzularla bağlı olmayan yuxular da olur axı. Məsələn, mən babamın və başqa adamların ölümünü görmüşəm. Elə həmin səhər reallaşıb. Buna Freyd nə deyir, bilmirəm, amma məncə, yuxu informasiya ötürür. Keçmiş, indi və gələcək barədə məlumat. Nə qədər mistik yanaşırıqsa, bir o qədər riyazi dəqiq nəsə var burada. Amma əsaslandırmasını bilmirik, bəlkə, nə vaxtsa məlum olacaq, nə vaxtsa yox.


- Yuxularınız həyatınıza necə təsir göstərir, yəni gördüyünüz yuxuya görə planlarınızı qurursunuz?

- Birbaşa təsir göstərir, yaxşı hesab elədiyim yuxu yaxşı ovqat yaradır, pis hesab elədiyim pis. Gün ərzində bir neçə saat bu təsirin altında oluram. Adətən yuxularım çin çıxır. Bununla belə, heç vaxt planlarımı yuxularıma uyğun qurmuram. Bəli, yuxu xəbərdarlıqdır. Amma nə xəbər eləyir, eləsin, mən həmişə daxili səsin dediyini seçirəm. Amma başqa bir məqamı deyim. Bəzən yuxu planlarımı dəyişə bilir. Məsələn, bir rəfiqəmlə böyük bir incikliyimiz olmuşdu. Neçə aydı danışmırdıq, ondan heç bir xəbərim yox idi. Yuxuma gəldi, boynumu qucaqlayıb ağladı. Oyanandan sonra ona doğma olan adamı axtardım, dedi, xəbərim yoxdu, "lənət şeytana, qürur yeri deyil” deyib zəng vurdum, səsi xoşuma gəlmədi, dedi, ağrıyıram, təkəm, bizə gəl. Getdim, məlum oldu ki, çox böyük bir itkiylə qarşılaşıb.


- Yuxudan sonra onun yozumları haqda baş sındırırsız?

- Mütləq. Bəzən alınır, bəzən yox. Detalları anlamaqda çətinlik çəksəm də, ümumilikdə məğzi anlayıram, hər halda bilirəm, gün necə keçəcək.


- Yuxuların mistik hadisə olduğuna inanırsınızmı?

- Bilmirəm. bizə mistik gələ bilər, amma bəlkə də, burada mistik heç nə yoxdur, qanunauyğunluqdur, kainatdan, yaradıcıdan gələn mexanizmdir, ya elmi əsasları var, bilmirəm.


- Gördüyünüz yuxular çin olurmu, ya da əksinə?

- Səksən faizi çin çıxır. Ümumiyyətlə, məndə hissiyyat güclüdür. Çox zaman da bundan əziyyət çəkirəm, narahat oluram.


- Həyatınızda gördüyünüz ən yadda qalan yuxu və ən gözəl yuxu hansılardır?

- Bir dəfə bir yuxu gördüm, detallarına varmayacağam, pəncərə vardı, sevdiyim obraz vardı, çox lirik yuxuydu, oyandım və gördüm ki, şeir yazmaq istəyirəm. Yazdım: "bu mənəm, gəlmişəm, oturmuşam pəncərənin altında”. Bizim şeir adlanır. Orada nə yazılıbsa. O yuxuda gördüyümdür.


- Bəzi adamlar yuxuda ağ-qara filmə baxırlar. Bunun səbəbi hələ bilinmir. Amma alimlər onu bildirir ki, insanların 12 faizi ağ-qara yuxu görür. Siz necə düşünürsünüz?

- Məncə, yuxularım rənglidir, daha doğrusu, oyananda onları rəngli xatırlayıram. Hətta qoxuları da yuxuda o qədər dəqiq hiss edirəm ki...


- Hansı doğmanızı daha çox yuxuda görürsünüz?

- Qızımı və dostlarımı, sevdiyim adamları çox görürəm.


- Yunan filosofu Heraklın yuxu haqda məşhur bir sözü var: " Oyanıq olan insanlar üçün tək bir dünya vardır. Yuxuda olanların isə hər birinin ayrı bir aləmi vardır, onun içində hey fırlanırlar”. Siz necə fikirləşirsiniz?

- Məncə elə oyaq vaxtı da hərə öz dünyasında olur. Yuxuda da belədir.


- Sizə görə yuxularımız həqiqətə çatdırır bizi?

- Bəzən hə, bəzən yox. Baxır kimi, baxır hansı yuxu




İmza:Oğuz Ayvaz
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK