adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
09 Dekabr 2016 11:16
5326
GÜNDƏM
A- A+

Ötən gün Bakıda 8 yol-nəqliyyat hadisəsi baş verib

Dekabrın 8-də şaxtalı və qarlı həva şəraiti ilə əlaqədar Bakıda 8 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, yol-nəqliyyat hadisələri nəticəsində ölən və xəsarət alan olmayıb:

"Hadisələr nəticəsində avtomobillərə ziyan dəyib. Qəzalar sürücülərin yol və meteoroloji şəraiti nəzərə almadığına görə baş verib. Xəsarət alan olmayıb".