adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 Dekabr 2016 16:48
11555
İDMAN
A- A+

“Qrupdan çıxsa, “Qarabağ”a yeni mahnı yazacam” – Stadionun diktoru

"Hər komandanın tarixdə bir şansı olur. Bu da "Qarabağ” və Azərbaycan futbolu üçün şansdı”. 

Adalet.az xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında Tofiq Bəhramov adına Respublika stadionunun diktoru Ramiz Qafarov deyib.

Azərbaycan çempionu "Qarabağ” bu gün Avropa Liqasında tarixi əhəmiyyətli görüşə çıxacaq. "Fiorentina”nı sınağa çəkəcək Ağdam klubu lazımi nəticəni əldə etməklə, növbəti mərhələyə adlamaq arzusundadı.

"Qarabağ” – "Fiorentina” görüşündə də stadionun diktoru missiyasını yerinə yetirəcək Ramiz Qafarov azarkeşləri Azərbaycan çempionuna dəstək olmağa çağırıb: "Qarabağ” yeni səhifə yaza bilər. Bu şansdan istifadə etmək üçün bütün güclərini meydanda qoyacaqlar. Azarkeşlər də komandamıza kömək etməlidilər. Adətən "Qarabağ”ın Avrokubokdakı oyunlarını 20-30 min insan stadiondan izləyir. Düzdü, bu gün soyuq hava hökm sürür. Amma inanıram ki, azarkeşlər yenə stadionu dolduracaqlar. Onlar, sözün əsl mənasında, yəni fan-klub üzvləri kimi azarkeşlik etməlidilər”.
Həm də müğənni olan Qafarov bildirib ki, "Qarabağ” növbəti mərhələyə adlasa, Ağdam klubuna yeni mahnı bəstələyəcək: "Mən "Qarabağ”a mahnı artıq bəsləmişəm və stadionlarda həmin nəğmə səsləndirilir. Onun müəllifi mənəm. Düşünürəm ki, hər tarixi qələbəyə mahnı qoşulmalıdı. Söz verirəm ki, qrupdan çıxsa, "Qarabağ”a yeni mahnı yazacam. Əvvəlki nəğmədən fərqli, bu dəfə özüm də oxuya bilərəm”.
Qeyd edək ki, "Qarabağ” – "Fiorentina” matçı saat 20:00-da start götürəcək.