Onun cəmi bircə kitabı çıxıb: "Yenə axşam düşür". Kimsənin onun şeirləri barədə söz dediyi ilə üzləşməmişəm. Ara-sıra şeir məclislərində görmüşəm. Və günlərin bir günü utana-utana, çəkinə-çəkinə şeirlər kitabını mənə uzatdı.
Ayaz Şıxəlioğlunun "Yenə axşam düşür" kitabındakı şeirləri bircə-bircə oxudum. Bu şeirlər içərisində qruplaşma aparsam, onları üç qismə bölə bilərəm. Birinci qismə doğrudan HƏQİQİ ŞEİR adlana biləcək nümunələri daxil etmək olar. Yaxşı ki, onların sayı dənə-dənə yox, bir yerdə toplum halındadır. İkinci qismə birincilərlə müqayisədə heç də zəif olmayan, amma hansı məqamdasa, hansı nöqtədəsə bir azca çatışmazlığı diqqətdən yayınmayan şeirlər daxildir. Üçüncü qismə isə əlbəttə, birincilər və ikincilərlə müqayisədə gücsüz görünən, ŞEİR adını doğrulda bilməyən yazılar daxildir. Bu yazıların sayı azdır. Yaxşı ki, azdır.
Ayaz Şıxəlioğlu müasir şairlərimizin üz tutduğu mövzulara müraciət edir, yəni o da Vətənə-Azərbaycana məhəbbətini izhar edir, Xəzərin gözəlliklərindən, qəlbində oyatdığı duyğulardan söz açır, tarixi keçmişimizlə bu gün arasında bir əlaqə, bir mənəvi körpü yaradır, günün reallıqlarını şeirə gətirir və təbii ki, bütün başqa şairlər kimi o da sevgidən, ayrılıqdan, məhəbbətin əzablarından danışır. Amma təbii ki, eyni mövzularda başqalarından seçilmək, fərqlənmək və beləliklə, özünü təsdiqləmək lazımdır.
Şeirlərin arasında Babək və Xürrəmilərə həsr olunan, Babəkin və Xürrəmilərin obrazını canlandırmaq istəyi nəzərə çarpır.
Kəsdilər qollarını, Babək
Qorxaqlar qaldı.
Qınamıram onları,
Qorxaqların qolu yoxdur.
Üstündən adladıq, Babək,
Min ildi ki, yol gəlirik.
Qorxaqların yolu yoxdu.
Min ildi ki,
üzü Qibləyə ölürük,
qolların Qibləmiz olmadı!
Bu şeirdə Babək mərdliyin, ölümsüzlüyün və qəhrəmanlığın simvolu kimi səciyyələnir. Biz Babək ruhunu yaşada bildikmi? Şair sanki bunu demək istəyir: tarix boyu qorxaqlar, dönüklər oldu və qəhrəmanlığın yoluna da zülmət çökdü. Biz Babəkin kəsilən qollarına Qiblə kimi baxa bilmədik.
Başqa bir şeir:
Bu gecə
sahildə dayanıb
dənizə baxdım.
Hər tərəf qaranlıq,
hər tərəf qara su.
Tökülmüşdü dənizə
gecənin qarası.
Dalğalar qoşun-qoşun
çıxırdı sahilə.
Dəniz Xilafətin ordusu.
Bu gecə
yaxın düşə bilməz mənə
ölüm qorxusu.
Titrədir könlümü
Xilafəti dağıtmaq arzusu.
Dönüb baxdım...
Ev-ev, küçə-küçə
İşıq içindəydi şəhər.
Sanki əllərində məşəl,
Dayanmışdı xürrəmilər!
Bu şeirdə Ayaz Şıxəlioğlunun peyzaj yaratmaq istəyi baş tutur. Dəniz və onun dalğaları Xilafət ordusuna bənzədilir. Gendə, qanda yaşanan intiqam duyğusudur ki, şairin qəlbindən onu dağıtmaq keçir. Və "ev-ev, küçə-küçə" işıqlanan şəhəri görür, bu işıqlar xürrəmiləri xatırladır. Beləliklə, əbədi İŞIQ-ZÜLMƏT qarşıdurması ilə üzləşirik. İşıq qalib gəlməlidir... Bu, əbədi ideyadır. Başqa bir kiçik şeirində şair bu fikri tam reallaşdırır: "Hər tərəfin işıq - Babəkin qoşunu. Hər tərəfin qaranlıq - Xilafətin ordusu".
Ayaz Şıxəlioğlu təzadlara tez-tez müraciət etməyi sevir. Bu təzadlara isə həyatda, gerçəklikdə, cəmiyyətdə, dünya üzündə həmişə rast gəlirik. Şeirlərin qəhrəmanı işığın, xeyirin, daxili azadlığın təşnəsidir, amma nə olsun ki, onun qarşısına nadanlıq çıxır, qorxaqlıq, rəzillik çıxır.
Nadanlıq içində
çırpınır dünya..
...Məni öldürdülər..
Qoymadılar yaşamağa.
Ürəyimdə gəzdirdiyim
insanlar,
Ürəyimi yedilər.
Şeirlərin lirik qəhrəmanı şairin özüdür, - fikrinə tam bəraət vermək olmaz. Çünki bu şeirlərdə ifadə olunan fikirlər, hisslər, duyğular təkcə şairin özünə aid olmur. Əgər özünə aid olmursa, deməli, şeir hamının duyğularını ifadə edir.
Sözdü Tanrının silahı,
Həm bu günü, həm sabahı.
Sözdü Şairin allahı-
Yıxaq, dünya görünürmü?
Dönək sözün qanadına,
Yanaq eşqinə, oduna.
Ucalaq ərşin qatına-
Baxaq, dünya görünürmü?
Düşmən nədi, məkr nədi?!
Çərxi-fələk, qövr nədi?!
Bu meydandı, səbr nədi?!
Çıxaq, dünya görünürmü?!
Ayaz Şıxəlioğlunu bir şair kimi səciyyələndirən cəhətlərdən biri onun təbiətin gözəlliklərini duyması və şeirə gətirməsidir. O deyir ki, "Bakının dəlisov küləkləriylə çiçəkləyir Xəzər. Bu yaşıl çəmənin ağ çiçəkləri, gözümün işığı çatdığı yerdən, göylərin sulara batdığı yerdən, bir mavi zolaqdan, mavi dünyadan, aramsız-aramsız axır üstümə. O mavi dünyada qalıb baxışım, O mavi diyarda erkən bahardı. Orada xırdaca çiçəklər bitir, açıla-açıla keçir yanımdan. Baxıram, baharın ötdüyü yola". Bu şeir assosiasiya üzərində qurulub. "Bakının dəlisov küləkləriylə çiçəklənən Xəzər" yaşıl bir çəməni xatırladır, bu çəmənin ağ çiçəkləri lirik qəhrəmanda mavi duyğular oyadır. O mavi dünyada isə bahardı. Ayaz Şıxəlioğlunun şeirlərində bir sıra təbiət obrazları var ki, onlar şairin hiss və həyəcanları ilə bağlı hər dəfə yeni obraz kimi diqqəti cəlb edirlər. Məsələn, bəyaz buludar, qara buludlar köhlən atlara bənzədilir, bu köhlən atlar isə qaraçı köçü kimi harasa gedirlər. Təbiət obrazları o zaman poetik dona bürünür ki, lirik qəhrəmanın duyğuları ilə həmahəng olur.
"Baxıb buludlara yandığım bəsdi, Sən mənə qanad ver, qanad ver, Tanrı. Küləklər ruhumu körükləyirlər, Sızılır qəlbimə qürubun qanı! Bilirəm, ən gözəl, ilahi şeiri, Küləklər, buludlar, göy üzü yazır".
Kitabdakı şeirlərin bir qismi ithaf xarakteri daşıyır: " M.Y.Lermontovun xatirəsinə". "M.Y.Lermontova", "Səttar Bəhlulzadənin avtoportretinə", "Vaqif Cəbrayılzadəyə iki şeir", "Dostumuz Akif Səmədi düşünərkən", "Dostum Aydın Canıyevə", "Dostumuz Adnana", "Rafiq Tağıya sayğıyla", "Qorxmaz Şıxəlioğluna". Bu şeirlər ithaf olsa da, əslində, o mənadan uzaqlaşır, müəyyən bir fikrin poetik izharına çevrilir.
Lermontov haqqında deyilir: "Şeirlərin monqol-tatar oxu kimi, parçaladı ürəkləri. Dalğa-dalğa yer üzünü bürüdü qan. Məzarın da Qaf dağında-sükut edir yelkən kimi". Təşbeh orijinaldır. Amma Lermontova həsr olunan ikinci şeirdə fikir poetik səviyyəyə qalxmır. Lermontov Tanrı ilə niyə duelə çıxmalıydı? Anlaşılmır. Akif Səmədə həsr olunan şeir əsl elegiyadır:
Uzaqlardan çağırma,
Uzaqlardan qorxuram.
Ruhun pərvaz edəndən,
Göy üzünə baxmıram.
Onsuz da qurtuluş yox,
İndi necə dözəsən?
Yenə ruhun çırpınır?
Yenə şeir yazırsan?
Ayaz Şıxəlioğlu həm hecada, həm də sərbəstdə eyni uğurla şeirlər yaza bilir və mənim fikrimcə, bu, onun istedadını sübut edir.
Məlumdur ki, heca şeiri müəyyən ölçüyə, bölgüyə əsaslanır, amma bu "qəfəsdə" şair öz fikirlərini poetik şəkildə, həm də sərbəst olaraq ifadə edir.
Sərbəstdə isə şair, adından da göründüyü kimi sərbəst hərəkət edir, həm fikirlərini, həm də bunların poetik ifadəsini sərbəst axara salır.
Bu dünyanın karvanları var idi,
Karvanların sarvanları var idi.
Gözəl-gözəl insanları var idi,
Yaşamağa nəyi qaldı dünyanın?
Üz tutmağa bir obası var idi,
Hər obanın bir babası var idi
Bu millətin bir atası var idi,
Yaşamağa nəyi qaldı dünyanın?
Hər yoxuşun enişi də var idi,
Tərki dünya dərvişi də var idi,
Bu dünyanın dərdişi də var idi,
Yaşamağa nəyi qaldı dünyanın?
Dünya, onun gəldi-gedərliyi, olumu-ölümü barədə söylənilən gözəl bir şeirdir bu. Heca şeiri əzəldən öz musiqililiyi, poetik ritmi, ahəngi ilə seçilib və Ayaz Şıxəlioğlunun şeirində də bu musiqi və ritm ilk misradan diqqəti cəlb edir. Sərbəst şeirdə də ritm və musiqi var, amma misralar arası bağlılıqda, keçidlərdə.
Ayaz Şıxəlioğlunun sevgi şeirlərində də maraqlı poetik tapıntılarla qarşılaşmaq olar. "Gedən sən deyildin, ürəyim idi", "Mənim də güllərim içimdə solur", "Kimsəni sevmədim dərdimdən artıq", "Bir insan ömrünə düşən ayrılıq, Bir insan ömründən daha uzundu", "Ağappaq buludu yaylığın bilib, Sıxıb ürəyimə çıxıb getmişəm", "Nə yaxşı, ürəyim qızılgül deyil, Nə yaxşı, könlümü dərə bilmirəm" və s.
Beləliklə, bir şairin şeirlərindən söz açdıq. Əsasən onu şair kimi tanıdan şeirlərindən misallar gətirdik, çalışdıq ki, bir şair kimi səciyyəsini verək. Ona uğurlar, uğurlar, uğurlar arzulayaq!
Vaqif YUSİFLİ