hacklink Adalet.az | TÜRKÜN İCTİMAİ QURĞUSU Adalet.az | TÜRKÜN İCTİMAİ QURĞUSU Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

TÜRKÜN İCTİMAİ QURĞUSU

63712    |   2013-02-16 10:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu Türk deyilən millət nə cür bir məxluqatdır ki, tarix yaranandan bəri onu məhv etmək istəyən qüvvələr bütün güclərilə cəbəlləşsə də nailiyyətə çata bilmir!.. Vay dədəm vay!..
Atamla söhbət edəndə o həmişə millətimizi öyərdi və yerə-göyə sığışdıra bilməzdi. Dəhşətli əsəbani kişi idi. Mənim də birdən dəcəlliyim tutur onun damarına basardım. "Ay dadaş, axı bu Türk deyilən millət hansı işləri görübdür ki, sən onu yerə-göyə sığışdıra bilmirsən. əəə, bu neyniyib axı, tarix boyu uduza-uduza gəlib, gah iki qardaş taxt üstündə bir-birini qırıb, gah iki qardaş dövlət bir-birinə düşmən olub, gah da məzhəbçiliyə yönəlib özünü öz qanına qəltan edib!.. Bu cür ağılsız bir milləti sən də qaldırıb qoyursan Ağrı dağının başına. Sən Allah bəsdir dəəə!.." Belə deyəndə kişinin gözləri kəlləsinə çıxır və "əə, yaramazın biri yaramaz, sən hələ bu yaşda Türkün nə olduğunu başa düşə bilməzsən, sənin beynin indilik qanla doludur, bəzi şeyləri dərk edə bilmirsən, bir az böyü, tarixi yaxşı oxu, onda bilərsən ki, bu nə ulu bir kökə malik, nə alicənab, nə yaman bir millətdir!.."
Hətta bir neçə dəfə bu cür cəhdləşməmizdə, gözünün ağı-qarası olsam da mənə əl qaldırmaq belə istəmişdi, ancaq o saat duyuq düşüb, asta qaçan namərddir deyib meydanı tərk etməli olmuşdum. Mərhum atamla bu cür zarafatlarım da olurdu. Mənə, kim olduğumuzu, hardan gəlib hara getdiyimizi, nə böyük bir xalq olduğumuzu o öyrətmişdi. Orta məktəbdə oxuyarkən bəzən onun dedikləri barədə şək-şübhəyə düşdüyüm anlar da olurdu, anacq ali təhsili aldığım illərdə və gecəli-gündüzlü tarixi əsərləri mütaliə etdiyim zamanlarda hər cümləni oxuyarkən onun nə böyük millətçi bir Türk olduğunu dərk edirdim. Latın əlifbasını bilmirdi, o Osmanlı yetirməsi idi, ancaq həyat universitetini bitirmişdi. Bu dünya ilə vidalaşmağına üç ay qalmış öyrəndim ki, rus dilini əməlli-başlı bilirmiş. əgər bu gün millətimin yolunda hər hansı bir işi görürəmsə onun ən böyük müəllifi mərhum atamdır. Mənə o cür bir ata qismət elədiyinə görə də Tanrıma nəhayətsiz şükür edirəm.
Bugünkü yazımda istəyirəm ki, türklərin ictimai qurğusu üstündə dayanım. İctimai qurğumuz hansı özüllərə söykənib, nədən bəhrələnib onları gücüm çatdığınca xülasə olaraq sadalamaq istəyirəm.
Bəli, Türk millətinin ictimai qurğusu haqda elm xadimləri müxtəlif vaxtlarda çeşidli təsniflər aparıblar. Hər tədqiqatçı isə öz sahəsinin əhatə dairəsindən eşiyə çıxa bilməyib və axtarış apardığı vaxta və ya Türk tayfasına baxıb ictimai qurğuya ad qoyubdur. Ümumiyyətlə, aparılan təsniflər və adlandırmalar bir-birini tutmur; lakin Türklüyə ad olmuş Göytürklər, ictimai qurğu yönündən yaranmış səhvləri aradan götürə biləcək qüdrətdə və mövqedədir. Qoyub getdikləri Orxan-Yenisey abidələri isə əvəzsiz tarixi mənbə vəsfindədir.
Məlum olan şeydir ki, Göytürklər, özlərini yaradan Türk adlı tayfaya görə bu adı alıblar və onlara qohum olan digər tayfaların adı da siyasə mənada Türk olubdur. Biz bilirik ki, Göytürklər, Türk adlı bir dövlət quraraq onu imperiya səviyyəsinə çıxaran Türk tayfasıdır. əslində bilinən tarixə görə dünyada yaranmış ilk Türk dövlətinin adı Arattadır və həmin dövlət mərkəzi Urmiya gölü olmaqla Azərbaycan və Şərqi, Cənubişərqi Anadolu torpaqları üstündə yaranıb, sərhədləri Şimali Azərbaycanın Kür-Araz məntəqəsini də əhatə etmək şərtilə Dağlıq Qarabağa kimi gedib çıxıbdır.
Bu tarixi həqiqətləri bir yana buraxıb türklərin ictimai qurğusuna qayıtmaq istəyirəm.
Göytürklər zamanında yazılmış Orxan-Yenisey abidələrində türklərin ictimai qurğusu bütöv halda və ən düz şəkildə dilə gətirilib.
Türk ictimai qurğusu Orxan-Yenisey abidələrində bu cür təsnif edilib:
Ailə, digər adıyla desək oquş; uruq, yəni ailələr birliği; boy, tayfa və ya bod, bir siyasə təşkilata bağlı tayfa, digər adıyla desək ox; bodun, yəni boylar birliyi və el, digər adıyla desək müstəqil topluluq olan dövlət və ya imperiya.
Türk ictimai qurğusunun bünövrə daşı və açarı rolundakı ailədən başlamaq məncə bizim ictimai nizamımız barədə kompas rolunu oynayacaqdır. Ailə, ictimai qurğunun bünövrəsidir və qan qohumluğu əsası üstündə yüksəlir. Türk ailəsi, kiçik ailə sistemindədir, yəni romalılar kimi böyük ailə tipini (geneus) nümayiş etdirmir. Türk ailəsində yeganə söz sahibi atadır. Mülk şərikliyi təkcə otlaq və heyvan sürülərinə məxsusdur. ərə gedən qız və evlənən oğullar evdən ayrılıb özgə bir yerdə yeni bir ailə yaradırdılar, bu ənənə bu gün də davam edir. Ata evi isə ailənin ən kiçik oğluna qalırdı, bu hal bu gün də dəyişməyib. Türklərdə ümumiyyətlə birarvadlılıq, yəni monoqami evlilik əsası hakimdir. Bəzən ölən qardaşın həyat yoldaşı və ən qədim vaxtlarda cavan və uşağı olmamış ögey ana, yəni analıqla evlənmə şəkli də müşahidə olunubdur, ancaq bir müddət sonra bu tərk edilib.
Türk xalqlarında ailədə əsas söz yiyəsi ata olsa da, qadın daim azaddır və ailə ilə bağlı yetişiləcək qərarlarda sözü qulaq asılan bir mövqeyə malikdir. Yəni, evin anası digər xalqlarda olduğu kimi qul vəziyyətində və söz hüququ olmayan bir varlıq deyil, ailədə özünəməxsus hörməti olan bir insandır. Bu gün özünü dünyanın ən mədəni ölkəsi sayan İsveçrədə qadınlara seçmək-seçilmək hüququ 1971-ci ildə, Fransada 4 oktyabr 1944-də, Rusiyada 1917-ci, ABŞ-da 1920-ci verilmişdir. Bizdə isə qadınlar eradan qabaqkı illərdə qurultay seçkilərində iştirak edir, səs verir, hətta xaqan da seçilirdi. Bu da bizim mədəni və demokratiya anlayışımızın səviyyəsini tarixi bir fakt kimi sübut edir.
Bizdə atadan sonra sözü ötən ikinci şəxs evin xanımı olan ana idi, bu gün də eynidir. Ona görə "Kitabı Dədə Qorqud"da Dərsə Xan həyat yoldaşına səslənərkən deyirdi:

Payız almasına oxşar al yanaqlım
Qadınım, dirəğim, döləğim.

Tarixləri və yaşayışları yaxşı bilinən Asiya Hunlarından üzübəri Türk qadınları ata minər, ox atar, güləş tutar, hətta hərbdə də iştirak edərdi. Dədə Qorqudda Bamsı Bəyrək ilə adaxlısı Banuçiçək arasında gedən yarışı və tutduqları güləşi hamı bilir. Bamsı Bəyrək illər sonra gəlib Banuçiçəklə üz-üzə durduqda özünü tanıdarkən deyir:

Ox atanda mən sənin oxunu yarmadımmı?
Güləşdə mən səni basmadımmı?

Qədim türklərdə hərbdə qadınların düşmən əlinə keçməsi ən böyük zillət sayılırdı. Gəlin görək bu anlayış bu gün dəyişibdirmiə Qarabağ müharibələrində ermənilərin əlinə keçib namusuna toxunulmasına dözə bilməyən Türk qızları və qadınları özlərini qayalardan atıb şəhadət şərbətini içmədilərmiə! Bu anlayış da türklərin qadına, onun saflığına verdiyi qiymətin özgə bir ifadəsinin əyani sübutu deyildir?!
əlbəttə hər cəmiyətin ictimaə və hüquqə qurğusunda özünə malik ailə nizamı vardır. Biz türklərdə isə bu xüsusiyyətlər gözə batandır.
Türklərdə xüsusə milkiyyət, şəxsi hüquq anlayışı, insanları himayə məqsədini nəzərdə tutan ictimai hərəkət tərzi, nəslə və soya hörmət, ədalət və dini hüquqlar barəsində yeganə tabe olunan qüvvə kimi qəbul edilən dövlətə də "dövlət baba" deyilməsi, türklərin ata-ana-övlad münasibətləri əsasında yaratdığı prinsipləri büruzə vermirmi?
Əslində Türk ailəsi, onun yaratdığı dövlətin mikro səviyyədəki qurğusudur. Buna görə Türklər tarix boyu ən çox əhəmiyyəti ailəyə veriblər. Onu qoruyub saxlamaq hesabına hətta dövlətlərini də bəzən qurban veriblər. "İl gedər törə bolmas" atalar sözü bunu ən gözəl şəkildə sübut edir. Türkün törəsi, yəni yazılı və ya yazılmamış qanunları sadəcə olaraq ailəni qorumaq üçündür; çünkü o mikro mənada dövlətdir. əgər ailə sistemi dağılarsa Türk dövləti də dağılmış sayılar. Hal-hazırdakı dövlətlərimizin də bizə görə ən çox fikir verəcəkləri məsələ, ailənin qorunub-saxlanması işi olmalıdır.
Hunlar, çinlilərlə mübarizə edərkən də bu fakt həmişə özünü qabarıq şəkildə ön plana çıxardır. Bir gün bir Çin elçisi Hun yurduna gəldikdə diplomatik bir dillə onlara sataşmaq istəyir və deyir ki; "Siz Hunlar hərbə gedəndə qocaların yeyinti ərzaqlarını da alıb aparırsınız, ancaq biz çinlilər elə etmirik".
Bu söhbəti eşidən bir Hunlu ağsaqqal çinliyə üzünü tutub deyir ki; "Bəli, biz öz azuqəmizi hərbə gedən igidlərimizə veririk. Biz qidasiz şeylər yesək də eybi yoxdur, ancaq cavanlarımız düşmən qarşısında güclü olmalıdır və basılmamalıdır. Onlar biz qocaları və nəslimizi davam etdirəcək uşaqlarımızı qorumaq üçün hərbə gedirlər, bu səbəblə onlara hər şey halaldır". Bu cavab qarşısında çinli diplomat deməyə bir söz tapa bilmir. Bəli, Türkün ailəsi onun dünyasıdır, bir mənada dövlətidir, ona görə də ailədə Türk dövlət sisteminin işləyiş tərzini görə bilərsiniz. Ailələrin birləşməsindən böyük birliklər yaranır və nəhayəti dövlətə kimi gedib çıxırdı.
Türk ictimai qurğusunda "uruq" ailələr birliyi mənasındadır. Ancaq bu barədə arzulanan səviyyədə məlumat yoxdur. Orxan-Yenisey abidələrində isə cəmisi bir yerdə onun adı çəkilir. Sözün burasında bir faktı əziz oxucularıma çatdırmaq istəyirəm. Kənddə mənsubu olduğum Bayat tayfasına Göyçə kəndindən gəlin gəlmiş bir qadının adı "Uruq" idi. Onun özündən də, qardaşlarından da sordum ki, bu adı ona kim qoyub və mənası nədir, cavabını deyə bilmədilər!.. Ancaq onu dedilər ki, adı öz atası verib, ata isə dünyasını dəyişmişdi. Onlar mənasını bilməsələr də ailələr birliyi mənasına gələn bu sözü öz uşaqlarına ad kimi qoyan ata-ananın Türk ictimai nizamına nə cür əməl etdiyini, onu nəsillər boyu yaşatdığını sübut etmirmiə
Bəli, biz türklər böyük millətik, ulu millətik, Tanrı bizi özünə ordu kimi yaradıb yer üzünə salıb. Gərək biz də bunu yaxşı başa düşüb ona görə işləyək və məsuliyyətimizin nəhəngliyini dərk edək...
Seyfəddin Altaylı, Ankara
altaylı_s@yahoo.com


İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK