ANA SƏHİFƏ / RUBRİKA

"Facebook gündəliyi"

51601    |   2016-12-08 14:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


                                                                      ***

Aysel Ələkbərzadə:"Azadlıq elə bir məhfumdur ki, onu qazandıqdan sonra heç nəyə və heç kimə qurban verə bilmirsən. Sən azadlığı öz gücünə qazanmısansa, onun qədrini təbii ki, biləcəksən. Amma elə insanlar da var ki, azadlıqları üçün heç bir savaş etmir. Belə insanlar uçmağı xəstəlik sanan qəfəsdəki quşlar kimidir. Və sən əgər azadsansa, bunun qədrini bil, kimsənin sözüylə hərəkət etmə. Sırf pis ad qazanacaqsan deyə istəklərindən əl çəkmə. Unutma: bu dünyada suyun üstündə belə yerisən, "üzə bilmirdi, ona görə suyun üstündə yeriyir", deyən adamlar mütləq olacaq. Ürəyin nə deyirsə onu et, yaşat və yarat...
Və kiməsə görə azadlıqdan özünü məhrum edirsənsə, bağışla, amma qul olmaq üçün doğulmusan..”


                                                                     ***

Cəlil Cavanşir:"Ən çox sol tərəfinizdə ağrı hiss edirsinizsə sevgidir, əlləriniz üşüyürsə həsrət...”


                                                                     ***

Sahib Məmmədov:"Neçə gündür sosial şəbəkələrdə bəzi deputatları təhqir edirlər. Deputatı da digər publik şəxsləri də tənqid etmək olar, fikirlərinə əks fikir demək olar. Amma təhqir edirlər. Sonra da deyirlər niyə qanunlara dəyişiklik edirlər. Hələ yeni dəyişikliklər təsdiq olunmayıb. Amma əvvəlki variantla da xüsusi ittiham qaydasında cinayət işi açmaq olar. İndi kimsə köçüb Avropada "xoşbəxtlik tapmaq" fikrindədir deyə belə edir. Qalanlar da küyə düşüb”.


                                                                     ***

Ceyhun Musaoğlu:"Sənin ki, bu qədər təmizliyin var, bağışlamaq olar soyuqluğunu".


                                                                     ***

Məhəmməd Türkmən:""Qar yağır, bəhhhh... Necə də gözəldir" zad yazmaq Bakı sakinlərinə yaraşmır. Özümüzü aldatmayaq. Çünki bir azdan yollar bağlanacaq. Bəzi yerlərdə su, qaz, işıq kəsiləcək. Küçələr palçıq olacaq. Tıxaclar yaranacaq və s. Qarın yağmasına belə sevinə bilmirik”.


                                                                     ***

Cavi Dan: "Qar çox yağanda fəhlələr gəlib camaatın evlərinin damlarını qardan təmizləyərdilər, poçtalyonlar qəzet, jurnal, məktub daşıyardılar. Biz uşaqlar isə həyətə qaçıb, öz boyumuzu az qala keçən qarın içində gizlənpaç oynayardıq.O vaxtlar heç hasarlar da yox idi. Uşaqlar vardı sadəcə”.


                                                                    ***

Vüsal Məmmədov:"Bəzi feysbuk səhifələri var idi e, "Amin deyənlər layk etsin" şəklində kampaniya aparırdlar, bax, Əli Kərimli də elə bir kampaniyaya başlayıb. "Böhrandan çıxmağımızı istəyən AXCP-yə üzv yazılsın" məzmununda bir status yazıb və pullu reklama qoyub. Üstəlik, anketin formasını da əlavə edib. Adamdan yaxşı səhifə admini olardı, heyf, özünü siyasətdə zay elədi”.


                                                                    ***

Nigar Cəfərova:"Dayanacaqda balaca oğlan uşağı anasının yanında səbirsizliklə avtobusu gözləyirdi. Arada yağışın altında atılıb-düşürdü. Birdən bacısına qayıdıb dedi ki,baxın yağışda mən ağzımı göyə aşacam, su töküləcək, içəcəm. Gəldim, ürəyimdə fikirləşdim ki, narahat olma balaca, günü-gündən hər şeyin qiyməti artdıqca insanlar yağış suyunu içəcək, ocaq qurub qızınacaqlar. Hələ o su ilə yemək bişirənlər də olacaq”.


                                                                     ***

İlqar Atabəyli: "Türkiyədə reytinqli dini proqramlar var. Nahid xocadı nədi o aparır. demək buna zəng edib sual verirlər. bu da əlində şirin çay qarışdıra qarışdıra cavab verir. bir tələbə zəng etdi ki, "xocam, kompyuterdə döyüş oyunu oynayıram. indi mənim ölən əskərlərim şəhid sayılırmı?"Nahid xoca az qaldı stakandakı qaşığı udsun...”


                                                                     ***

Abbas Əliyev: "Dualarınızı facebookda yox Məsciddə edin gözəl insanlar”.


Sübhan Mahmudov




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-18
2018-11-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK