adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Dekabr 2016 15:00
11384
ƏDƏBİYYAT
A- A+

Məmməd Arazın kitabı gürcü dilində çap edildi

Gürcüstan Yazıçıları Milli Akademiyası Azərbaycanın Xalq şairi Məmməd Arazın şeirlərindən ibarət kitab tərtib edib.

Adalet.az-a verilən məlumata görə, gürcü dilində çap edilən kitabın redaktor-tərtibçisi Mirzə Məmmədoğludur. Tərtibçinin şəxsi vəsaiti hesabına buraxılna kitabda mərhum şairin 80 şeiri yer alıb. Kitabda həmçinin, bəzi şeirlərin Azərbaycan dilindəki orijinal formaları da saxlanılıb.

Qeyd edək ki, Gürcüstanda yaşayan Mirzə Məmmədoğlu Tbilisi Universitetinin professorudur. Onun Nizami Gəncəvi və başqa klassik şairlərimiz haqqında gürcü dilində monoqrafiyaları var.