ANA SƏHİFƏ / HÜQUQ

Şabranda 1770 hektar torpaq QMİ-dən alınıb

15020    |   2016-12-08 10:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nazirlər Kabineti "Torpaq sahələrinin ayrılması haqqında” 1994-cü il 31 dekabr tarixli qərarında dəyişiklik edib.

Adalet.az-ın məlumatına görə, "Torpaq sahələrinin ayrılması haqqında” 1994-cü il 31 tarixli qərara əsasən Qafqaz Müsəlmanları Ruhani İdarəsinə yardımçı kənd təsərrüfatı təşkil edilməsi üçün keçmiş Dəvəçi (hazırkı Şabran) rayonunda ləğv edilmiş "Yeni həyat” kolxozunun ərazisindən bir hissə Qafqaz Müsəlmanları Ruhani İdarəsinə yardımçı kənd təsərrüfatı təşkil edilməsi üçün ayrılıb.
Qafqaz Müsəlmanları Ruhani İdarəsinə daimi istifadəyə verilən torpağın ümumi sahəsi 1770 hektar (857 hektar əkin yeri, 244 hektar biçənək, 440 hektar orüş, 53 hektar kəndaltı sahə, 176 hektar sair torpaqlar) olub.

"Torpaq sahələrinin ayrılması haqqında” 1994-cü il 31 dekabr tarixli qərarda edilən dəyişikliyə əsasən, həmin torpaqlar Qafqaz Müsəlmanları İdarəsinin daimi istifadəsindən çıxarılıb.
Qeyd edək ki, Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq belə bir qərar qəbul edib. Əmlak Məsələləri Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi və Şabran Rayon İcra Hakimiyyəti bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.


İmza:
SON XƏBƏRLƏR
2017-03-29
2017-03-28


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Qışdan üzüağ çıxa bildinizmi?

Hə (60%)
Yox (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Ana həbsxanada yatan oğluna məktub yazır: "Ay oğul, sən tutulandan sonra bostanı qazan yoxdu, heç kartof da əkə bilmirəm".
Oğlu cavab yazır: "Ana, nəbadə həyətdəki bostanı qazasan, özünü də zibilə salarsan, məni də".
Bir neçə gündən sonra ana oğluna yazır: "Sənin məktubunu alandan sonra 10-15 nəfər polis gəlib həyəti qazıb sonra da söyə-söyə getdilər".
Oğlu: "Ana, bax gördün, mən həyəti qazdırdım, indi kartofu da özün əkərsən".




digər lətifələr
ARXİV
FACEBOOK