ANA SƏHİFƏ / MÜSAHİBƏ

Alsu: Leyla xanım təsirli şeirlər yazır

51522    |   2016-12-08 09:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xəbər verdiyimiz kimi, tanınmış rusiyalı müğənniAlsuHeydər Əliyev Fondunun vitse-prezidentiLeyla Əliyevanın şeirinə yazılmış "Mən gedim bir az ağlayım” ("Я пойду чуть-чуть поплачу”) mahnısını ifa edib. Bir neçə gün əvvəl Alsu həmin mahnıya çəkilmiş klipi pərəstişkarları ilə paylaşıb.

Tanınmış rusiyalı müğənni Azərtac-ın xüsusi müxbiri ilə söhbətində yeni mahnı üzərindəki işi, Leyla Əliyevanın yaradıcılığı və Bakıdakı pərəstişkarları ilə bir daha nə vaxt görüşəcəyi barədə danışıb.

- Alsu Ralifovna, yeni gözəl işiniz münasibətilə sizi təbrik edirik. Mahnının yaradılması ideyası necə meydana gəldi?

- İlk növbədə, mən belə yüksək dəyərə görə təşəkkürümü bildirmək istəyirəm. Sualda müxbirdən dərhal rəy eşitmək adama çox xoş gəlir.

Əslində, bu mahnının ideyasının hansısa xüsusi yaranma prosesini təsvir etmək mümkün deyil. Heç kim üçün sirr deyil ki, Leyla xanım olduqca yaradıcı insandır və təsirli, duyğulu şeirlər yazır. Onun "Mən gedim bir az ağlayım” şeirini mahnıya köçürdük. Sözlər, melodiya – hər şey daxili vəziyyətimlə üst-üstə düşdü. Ümumiyyətlə, lirik mahnılar mənə daha yaxındır. Buna görə də taleyimdən razıyam ki, repertuarımda "Mən gedim bir az ağlayım” mahnısı var.

- Sosial şəbəkələrdəki rəylərə əsasən görünür ki, mahnının musiqisi və sözləri pərəstişkarlarınızın çox xoşuna gəlib. Belə bir uğuru gözləyirdinizmi?

- Hələ çox az vaxt, yalnız bir neçə gün keçib. Dinləyicinin bu mahnı və klipə münasibətinin necə inkişaf edəcəyini görərik. Mən, ümumiyyətlə, həmişə öz işimin qiymətləndirilməsinə təmkinlə yanaşıram. Buna görə indi tam əminliklə iddia etmək olar ki, premyera baş tutub və mahnı birmənalı olaraq öz tamaşaçısını, auditoriyasını tapıb.

- Bu il Moskvada Leyla Əliyevanın "Ulduzlar pillə-pillə düzülsəydi səmaya” ("Если б звезды ступеньками стали”) şeirlər toplusunun təqdimatı olub. Siz Leyla Əliyevanın yaradıcılığı ilə tanışsınız, yoxsa bu, təsadüfi seçim idi?

– Əlbəttə, tanışam. Sosial şəbəkələr var olsun, hərdən onlardan fayda da gəlir. Leyla Əliyeva tez-tez öz yaradıcılıq nümunələrini "Instagram”da yerləşdirir və mən məmnunluqla onun şeirləri ilə tanış oluram. Təəssüf ki, şeirlər toplusu hələlik məndə yoxdur, amma bir gün müəllif nüsxəsini əldə etməyə ümid edirəm.

– Klipdə yeni obrazdasınız. Bu obrazın yaradılmasına sizi nə həvəsləndirdi?

- Mən çoxdan xüsusi süjeti olmayan məhz ağ-qara video çəkmək istəyirdim. İstəyirdim ki, bu videodakı obrazlar tamaşaçıları düşündürsün. Mahnı üzərində işləməyə başladıqda, mənə elə gəldi ki, məhz bu mahnıya belə bir video çəkmək olar. Klipdə, eyni zamanda, bir neçə tamamilə fərqli obraz var. Onlardan bir hissəsini ilk dəfə "sınaqdan keçirdim”. İstəyirdim ki, hər bir qadın özünü, öz "mən”ini, daxili vəziyyətini bu klipdə tapsın. Axı hamımız fərqliyik. Təkcə zahirən yox, həm də daxilən, şəraitdən, əhatədən asılı olaraq dəyişirik. Biz gah sadə, sevimli, həlim, gah da qəzəbli, kübar gözəlçələr kimiyik... Bax, əslində, klipdə tamaşaçı bütün bu obrazları görür. Axı kim olursaq-olaq, həyatda nə ilə məşğul oluruqsa-olaq, mənəvi yaşantılarımızda hamımız bir-birimizə çox yaxınıq, hər birimiz gözəl və parlaq sevgi arzulayırıq. Hətta zahirən çox güclü görünən və özünə güvənən qadınlar da bəzən ağlayır, onlar da əzab çəkir, hamı kimi onlara da arxa-dayaq, səmimi münasibət lazımdır.

- Siz Azərbaycanda tez-tez olan və arzulanan qonaqsınız. Bakılılar sizinlə görüşü intizarla gözləyirlər. Bakıda çıxış etməyi planlaşdırırsınızmı?

- Çox məmnunam ki, həyat yoldaşımın doğma şəhəri mənə çox nəzakətli münasibət göstərir. Azərbaycanda mənim fan-klubumun sadiq üzvləri var.

Hər dəfə biz Bakıya gələndə, mən çıxış etmək dəvətini böyük minnətdarlıq hissi ilə qəbul edirəm. Ümid edirəm ki, növbəti dəfə istisna olmayacaq.



İmza:

“Bakı Ali Neft Məktəbi uğurlarımın təməlini qoydu” - MÜSAHİBƏ

"Özümü tanıtmaq üçün təhqir olunmalıyam" - MÜSAHİBƏ

İsgəndər Həmidov: “Şərəfsizləri, şöhrətsizləri, üzdəniraqları televiziyalara çıxartdılar” - MÜSAHİBƏ

Mirmahmud Mirəlioğlu: “Yüz qramdan sonra ağızlarına gələni yazırlar” - MÜSAHİBƏ

İndiki səslərin 98-faizi bic səsdir... - MÜSAHİBƏ

Türkiyədə seçkilər: İkinci tur qaçılmaz olacaq - Müsahibə

Aqil Abbas: “Qədir Rüstəmovla indi də dərdləşirəm...” – MÜSAHİBƏ

Kənan Qubadzadə: “Prezident bütün çıxışlarında gənclər üçün tövsiyələrini verir”

"Sən polislərin adını batırırsan" - aktyor Anar Heybətov

Elçin: “Artur Rasizadə ilə həmişə Azərbaycan dilində danışmışam” - MÜSAHİBƏ

Ali sovetin keçmiş sədri: “ “Ona dedim, a kişi, bu milləti niyə biabır edirsən?” - MÜSAHİBƏ

Faiq Qismətoğlu: TOY KARVANLARI ÖLÜM SAÇIR

SON XƏBƏRLƏR
2018-06-16
2018-06-15
2018-06-14
15:04 ACLIQ


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (33.33%)
Argentina (16.67%)
İspaniya (0%)
Almanıya (50%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri axşam maşını blokun qabağında saxlayır, pəncərəsinə də bir kağız yazıb yapışdırır ki, maşının radiosu yoxdu, maqnitofonu yoxdu, motoru yoxdu, mobil telefonu da özümlə götürmüşəm.
Səhər gəlib görür ki, kağıza yazıblar ki, "Ta onda təkərləri nəyinə lazımdı ki?!




digər lətifələr
ARXİV
FACEBOOK