adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
07 Dekabr 2016 15:44
48304
HÜQUQ
A- A+

“Nardaran işi” üzrə təqsirləndirilən 12 nəfərin işi icraata verildi

"Nardaran işi" üzrə təqsirləndirilən 12 nəfərin işi icraata götürülüb.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mail Bayramovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə müəyyənləşəcək.

Qeyd edək ki, İş üzrə təqsirləndirilən Qasımov Elçin Kamal oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3, 320.1, 320.2, 221.2.2 ve 315.1-ci maddələri, Yəhyayev Ağaəli Eldar oğlu 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə, Qəhrəmanov Nahid Nəsib oğlu, Şirvanov Seyfəddin Nurulla oğlu, Muradov Fərhad Mirzəhəsən oğlu, Əliyev Ramil Zabil oğlu, Axundov Elgün Ənvər oğlu, Alış Vüsal Nadir oğlu, İbrahimov İsa Tofiq oğlu, Aslanov Seymur Tərlan oğlu, Şahbazov Əli Atabala oğlu və Əliyev Əmirəli İsmayıl oğlu Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 278, 279.1, 281.2, 283.2.3-cü maddələri ilə ittiham olunurlar.