adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

DÜNYA SƏNSİZ ÇOX MİSKİNDİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
124379 | 2016-12-07 13:09

Ustad Zəlimxansızötən bir il

Hə, yaxşı deyiblər,bu dünya gidi dünyadı… bu dünya gədə-güdə dünyasıdı… bu dünya lotu-potu dünyasıdı…bu dünya qaçaq-quldur dünyasıdı… bu dünya oğru-əyri dünyasıdı… bu dünya namərd,nakəs dünyasıdı… Hə, bir də bu dünya mərdlərin, kişilərin, insanların, sevgilərinvə nəhayət, SÖZün dünyasıdı. Nə qədər gidiliyi, nə qədər gədalığı, nə qədər oğru-əyriliyi,nə qədər fahişəliyi olsa belə, bu dünya sözdən yaxa qurtara bilməz. Söz hər şeydənyuxarıdadı, hər kəsdən üstündü. Çünki söz Allahın yanından gəlir və təkrar Allahınqulluğuna dönür… onun xidmətində durur…

Son vaxtlar gözümonu daha çox axtarır, ürəyim onu daha çox soraqlayır. Əvvəl-əvvəl bunun səbəbinianlamırdım. Sonra hiss etdim. Daha doğrusu, bildim ki, niyə əlimyandıda gəzirəm,arayıram onu. Çünki o mənim ümid yerim idi, məsləhət yerim idi və nəhayət, o mənimUstadım idi. Düşdüyüm, daha doğrusu, zorla yaşamağa məcbur olduğum durumun içindənçıxmaq üçün onun sözünə, onun məsləhətinə, onun ağsaqqallığına indi o qədər ehtiyacım var ki, bunu dilə də gətirə bilmirəm.Amma içimdə bilirəm və Allaha da agahdı ki, yeri yaman görünür onun!..

Bir dəfə öz içiməçəkilmişdim. Qarşılaşdığım bir haqsızlıq əməlli-başlı əhvalımı pərişan etmişdi.Özümdə-sözümdə deyildim. Bir də gördüm koridordan tanış bir səs gəlir. Özümü toparlayıbotaqdan çıxmağa tələsəndə qapı açıldı. Üzündəki təbəssümlə girdi içəri. Görüşdük,öpüşdük. Dərhal ciddi bir şəkildə:


- Bu nə sir-sifətdi?Nə olub? – deyə soruşdu.

Mən onun qarşısınaçay süzüb qoydum və qarşılaşdığım problemi söylədim. Bir az fikrə getdi. Sonra təmkinlə:

- Belə şeylər həmişəolub. Mən görə-görə gəlmişəm. Bizdən də qabaq görüblər, bizdən də sonra görəcəklər.Heç kim öz haqqını vaxtında almır, heç kim haqqın əlini vaxtında sıxa bilmir. Əgərhər kəs halalca haqqını vaxtında alsa, onda bu qədər qarğa-quzğun bəs nə edə bilər?Nəylə dolanar? Necə yaşayar? Vaxtında mənə xəbər versəydin, özüm məsələyə qarışıbsənin haqqını müdafiə edərdim. Amma daha keçib. Bir də yadında saxla. Heç vaxt,hətta yüz faiz əmin olduğun məsələdə də əminliyini öncədən bayram eləmə, onu öncədənsevincə çevirmə. Yoxsa qurda-quşa yem olarsan – dedi Ustadım…

Bəli, Almaniyadan müalicədən qayıtmışdı. Telefonla əlaqəsaxladım. Halını soruşdum. Özünü sındırmadı – yaxşıyam - dedi. Görüşünə gəlmək istədiyimiişarə etdim. Səsi bir az duruxdu. Mən fürsətdən yararlandım:

- Sabah şənbədi ustad,gələcəm, görmək istəyirəm sizi – söylədim.

Və səhəri günü Fəridə Rəhimli ilə birlikdə getdik Zəlimxan Yaqubunziyarətinə. Evə çatmamış telefonuna zəng vurdum. Və inanın ki, heyrət içində qaldım.Həyət qapısını özü açıb elə qapı önündə də gözləyirdi. Maşından düşüb tələsik ona doğru addımladıq. Sarıldıq bir-birimizə. Biziiçəri dəvət etdi. Oturduq, hal-xoş etdik, söhbətləşdik. Və birdən dedi ki:

- Əbülfət, Almaniyadaxəstəxanada qəribə hadisənin şahidi oldum, bir möcüzə baş verdi. Gecənin bir yarısıyuxudan oyandım və qələm-dəftəri götürüb başladım yazmağa. Səhərə qədər səksən üçbənd yazdım. Çoxdandı yazmırdım. Bir onu hiss etdim ki, oğlum kürəyimə nəyisə atıbki, soyuq olmasın. Mən də yazmışam. O gecə mən Allahla danışdım… Onun pıçıltılarınıkağıza köçürdüm…

Ustad bu hadisəni,bu möcüzəni elə danışırdı ki, o boyda Zəlimxan mənim üçün daha da əlçatmaz olurdu.Neçə-neçə poemanın, saysız-hesabsız qoşmanın, təcnisin, gəraylının, kitab-kitabşeirlərin müəllifinin bir gecədə Allahla bu qədər yaxın olmasını uşaq sevinci iləsöyləməsi indi mənə yuxu kimi gəlir. O məqamı xatırlayanda mənə elə gəlir ki, ZəlimxanYaqub bu dəqiqə də masa arxasındadı, əlindəqələm şeir yazır. Çünki həmin an onun baxışlarındakı işıq, ifadələr, onun dilindəntökülən dürr əbədi yaşayışın ştrixləri idi. Mənhər kəslə mübahisə edə bilərəm ki, həyatımda son məqamlarını gördüyüm böyükMəmməd Araz, böyük Bəxtiyar Vahabzadə və Zəlimxan Yaqub mənim üçün ölməyiblər. Onlarxəstəliyə də elə ağayana müqavimət göstərirdilər ki, heyrətlənməyə bilmirdin. Həttaustadın bizə verdiyi müsahibə zamanı söylədiyi fikir indi də qulaqlarımda səslənir.Ustad söylədi ki:

- Əbülfət, Allahəvvəl mənə çətinliklər verdi. Həyatın sınaqlarıyla qarşılaşdırdı. Dözdüm, keçdimbu sınaqlardan. Böyük ilham verdi - yazdım, yaratdım. Şan-şöhrət verdi – yaşadım,dadını-tamını bildim. Gəzmək imkanı verdi – baxdım, gördüm. Dağı da, dərəni də,çayı da, suyu da, bulağı da, ormanı da, təbiəti də, yeri də, göyü də, hər şeyi mənəgöstərdi, hamısını sevdim, hamısından ləzzət aldım. Axırda da bu dərdi verdi. Dedibunun da dadını bil. İndi də bunun dadını bilirəm…


Bəli,yazımın əvvəlində dedim ki, yaşadığım sıxıntının içindən çıxmaq üçün mənə bir ümidişığı, bir ağsaqqal sözü, bir sanballı, ağırtaxtalı kişinin ağsaqqallığı önümə düşübyol göstərməsi gərəkdi. Gözümonu axtarır. Görməyəndə yadıma bu söhbətlər düşdü. Çünki hələ də mobil telefonumdaqalan nömrəsi onun cismani varlığının göstəricisidi. Təbiiki, mənim üçün. Amma neyləyim ki, gözüm onu görmür. Ruhum görür, ürəyim görür, ağlımgörür. Bircə gözüm görə bilmir onu. Bəlkə bu da bir möcuzədi, bəlkə bu da bir sehrdi.Anlaya bilmirəm. Vallah, məni və sizi Yaradan haqqı yaşayır Zəlimxan Yaqub, yaşayır,Məmməd Araz, yaşayır Bəxtiyar Vahabzadə. Kim inanmırsa heç inanmasın. Mən ki, inanıram.Yəqin ki, inandığıma görə mənə cəza düşməyəcək. Amma mən bilirəm ki, mənim onlarıgözlə görə bilmədiyimə görə cəzaya məhkumetsələr, onlar mənim əfv olunmağımı rica edəcəklər. Bunu bilirəm, buna inanıram.Ən azından ona görə ki, onlar Allahın yanından gəlib, Allahın yanına dönmüş adamlardı.Onlarda xəbislik, onlarda qəddarlıq, onlarda biganəlik yoxdu. Onlar hamını görürlər…onlar hamının kim olduğunu yaxşı bilirlər.

Sonuncu dəfə ustadlaelə onun evində şəkil də çəkdirdik. O şəkillərqiymətli xatirə, həm də sənəddi. İlk baxışdan burada yeni, kimlərəsə qismət olmayan nəsəaxtarmaq lazım deyil. Hətta düşünmək də lüzumsuzdu. Çünki ustad hər kəslə mehribanidi. Ziyafətlərdə, məclislərdə, lap elə redaksiyamıza qonaq gələndə də kim istəsəonunla şəkil çəkdirirdi. Heç kimin qəlbinə toxunmurdu. Amma mənim üçün, elə o şəkilləritelefonun kamerasına köçürən Fəridə Rəhimli üçün də o tarixi an idi, tarixləşən zaman idi. Bizmüalicədən dönmüş ustadın özünə aid guşədə, onun yaradıcılıq otağında, yazımasasının önündə şəkil çəkdirirdik. Amma bilmirdik ki, bu otaqda bizi sabah, beşgün, on gün sonra nə gözləyir. Ayrılıb dönəndə qapıya qədər ötürdü bizi. Həyətdəyenə qucaqlaşdıq. Mən nə deyəcəyimi bilmirdim. O isə elə bil içimin hansı durumdaolduğunu anlayıb zəif bir təbəssümlə:

- Hər şey yaxşı olacaq.Hər şey yaxşı olacaq. Özünüzü qoruyun! Yazı-pozuna da daha ciddi yanaş. Özün bilirsənki, sənin haqqında fikrim necədi və sənin haqqında nələr yazmışam…

Hiss etdim ki, kövrəlirəm,gözlərim dolur. Ona görə onu bir də öpübarxaya baxmadan maşına tərəf gedirəm. Maşına çatıram. Özümü saxlaya bilmirəm. Ovcumuniçi ilə gözlərimi silib geriyə çevrilirəm. Ustad həyət qapısının ağzında hələ dədayanıb. gözləyir ki, biz yola düşək. Maşını işə salıram. Maşın yerindən tərpənir.Ustad qapını örtür…

Bəli, bu dünya həmələkdi, həm fələk… həm məzardı, həm bələk… Bu dünya həm də yaddaşdı… Hər şeyi saxlayırbu yaddaş olan sinəsində. Mən çox istədim ki, ustadla bağlı daha neçə-neçə xatirəmidilə gətirim. Amma yenə də deyirəm. İnanın, onun barəsində xatirə sözü da mənə ağırgəlir. Çünki yaşayan adam barəsində xatirə danışmağın nə demək olduğunu söyləməkçətindi. Sadəcə, ona ehtiyacım olduğundan, bu günlər onun daha çox köməyini arzuladığımdanbu yazını necə gəldi yazdım və buyazınecə alındı xəbərim olmadı. Yazının sonunda bir onu hiss etdim ki, başımın üstündədionun ruhu. Özü isə kürəyimin arxasında dayanıb. Geriyə çönsəm, onu görə biləcəm!..


TƏQVİM / ARXİV