adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Dekabr 2016 15:37
32718
ƏDƏBİYYAT
A- A+

“Axırıncı dəfə nə vaxt qonaq getmisiniz?” - SORĞU

Sosial şəbəkə həyatımızın önəmli parçasına çevrilib. Real ünsiyyətlərimiz virtuallaşıb. Artıq insanlar bir-birlərinin evinə qonaq getmir, quruca sosial şəbəkələrdə hal-əhval tuturlar. Bununla bağlı Adalet.az yazar, şairlərə sorğu ünvanlayıb - "Axırıncı dəfə nə vaxt qonaq getmisiniz?” Cavabları təqdim edirik.


Yazıçı Murad Köhnəqala deyir ki, təbiətimdə hansısa ailəyə qonaq getmək kimi vərdiş yoxdu: " Ailə qonaqlıqlarında, bir qayda olaraq, diskomfort keçirdirəm. Ona görə görüşləri, adətən, evdən-ailədən kənarlara salmağa çalışıram. Ailəvi qonaqlıqlardan, dəvətlərdən qaçıram. Sonuncu dəfə yaxın dostum tərəfindən, məşhur şoumen Çiçək Mahmudqızının "Şahənşah" şadlıq sarayında düzənlədiyi "Könül körpüsü" adlı saz-söz məclisinə dəvət olunmuşam. Məclisin tipi xoşuma gəlib: çoxdan görmədiyin dostlarla görüşmək, saz-söz məclisi, yemək-içmək süfrəsi. İndi bilmirəm, dəvət olunduğum həmin məclisi dediyin o qonaq getmək söhbətinə aid eləmək olarmı?..”




Şairə Rəbiqə Nazimqızı axırıncı dəfə 1 həftə əvvəl qonaq getdiyini deyir: "Aysel Əlizadəgilə qonaq getmişəm. Əvvəlcə Aysel, İzel mən kafedə oturduq, sonra dedik, qalxaq evə - yəni onlara. Ramin işdən gələnədək xeyli söhbət elədik, şeir oxuduq, musiqi dinlədik, elə gecə də onlarda qaldım. Əla gün idi. Aysel xanımın şeirlərini səsləndirdim, məncə, pis alınmadı.”








Yazıçı Qan Turalı isə yumoristik bir cavab verib: "Keçən həftə Həmidə xanım yaxşı plov birşirmişdi. Mirzə ilə bir konyak vurduq.”











 Yazıçı Kənan Hacı qonaq sevən adam olmadığını  dedi: "Yayda ailəvi Qaxa getmişdik. Orda dəyərli bir  dostumuz yaşayır. Onun evində qonaq olduq. Onda da  iki gün səbrim çatdı. Üçüncü gün səhər yoldaşıma  dedim ki, qayıdırıq və qayıtdıq. İndiki çətin zamanda  qonaq getmək və qonaq gəlişi ailə büdcəsinə ciddi  ziyan vurur. İnsanlar özünə çəkilib, problemləriylə  uğraşır. Heç qonşu qonşunun qapısını açmır. Qorxur ki,  birdən ondan nəsə istəyərlər. Çətindi vəziyyət...







Şair Cəlil Cavanşir axırıncı dəfə 4-5 il bundan əvvəl qonaq getdiyini dilə gətirir: "Qonaq getməyi sevmirəm. Ən yaxın adamın belə evində narahat hiss edirəm özümü.”










Yazıçı, jurnalist Azər Qismət axırıncı dəfə 1 həftə əvvəl qonaq çağırıldığını dedi: "Bir iş yoldaşım qonaq çağırmışdı evinə. Yaxşı balıq bişirmişdi. Bir məsələdə mərcdə uduzmuşdu. Bunun əvəzini necə ödəyəcəyini düşünməyə qoymadım, çünki restorana aparmaq istəyirdi. Sosial problemləri çox olduğundan təklif etdim ki, bir balıq qızartsın. O da qonaq çağırdı, astarı üzündən baha çıxmadı. Qonaq getmək, qonaq qəbul etməyi çox xoşlayıram. indi bir az azalıb.”






Yazar Ceyhun Musaoğlu dünən qonaq getdiyini dedi: "Mən tez-tez qonaq gedirəm. Tez-tez də qonaq qəbul edirəm.”









Şair Emin Piri 90-ların nostlaji qonaqlıqlarını sevdiyini bildirdi: "Heyif ki, müasir kapitalist sistem bu cür nostaljiləri əlimizdən aldı. Ev qonaqlıqlarının yerini çay evləri, kafelər tutdu. Ən yaxın qohum, dostları çıxmaqla qonaq getdiyim ancaq restoranlar olub. Hər həftəsonu bu cür qonaq oluram.”