Kimdir əlil, yaxud əlil nə deməkdir?

VÜQAR ABBASOV
166198 | 2016-12-06 13:27

Bəlkə birqədər gecikmiş yazıdır, bəlkə də deyil.Başlayaq birinci "bəlkə”dən. Nə üçün bir qədər gecikmiş yazı hesab edirəm? Dekabr ayının üçü əlillər günü kimi qeyd olunur, bu gün isə təqviminbaşqa günüdür. Bəzilərimiz "əlil” sözünü işlətməyi düzgün hesab etmirik,hardasa haqsız da deyilik. Səbəb kimi dəbir-birimizə tənə edən zaman "kor”, ”çolaq” və s. bu kimi sözləri işlətməyimizgöstərir ki, əlilliyi bir tənə kimi işlədirik. Ancaq hamımız da bilirik ki, kimsə bir gün əlil olmaqdansığortalanmayıb. Odur ki, kobud desək, danışanda danışığımızı bilsəkyaxşıdır. Ancaq bir şey də var ki, dünyanın bir çox yerində də bu cür tənələr istifadə olunur.

Əlil nə deməkdir?Bu sualı axtarış saytlarında yazaraq "enter” düyməsinə basdım. Axtarış nəticəsindətapdığım cavablar demək olar ki, eyni idi: "Əlillik – xəstəlik və ya qocalıq nəticəsindəəmək qabiliyyətini itirmiş insanın vəziyyətinə deyilir”. Bu sözün mənasını birdə Niderland dilində axtardım və cavabbelə oldu: "Əlillik anadangəlmə, yaxud sonradanxəstəlik, hadisə nəticəsində yaranmış fiziki, əqli çatışmamazlıqdır”. Hansı daha doğrudur? Məncə, Niderland dilindəolan. Öncə ona görə ki, anadangəlmə əlillik də var. Daha sonra ən önəmlisi odurki, əlil olan insan, yaxud əlil olmaq əmək qabiliyyətini itirmək demək deyil. Bəli,əmək qabiliyyətini tam itirmiş əlillər də var,bunu isə ümumi əlillər haqqında demək düzgün deyil. Daha düzgünü onlarınəmək qabiliyyətinin məhdud olduğunu deməkdir.Ancaq doğrudur, bizdə əlil olmaq zəlil olmaq kimi bir şeydir. Biz onları doğrudan da nəinkiəmək qabiliyyətlərini, ümidlərini beləitirmiş vəziyyətə gətirir, cəmiyyətdən təcrid edirik. Ümumi danışmağın, özfikrini reallıq kimi təqdim etməyin hər zaman əleyhinə olmuşam. Ancaq bu dəfə məhzbelə, öz fikrimi reallıq kimi yazdım. Kimlərsərazı olmaya, dövlətin əlillərə sosial yardımından və s. danışmağa qalxabilər. Ola bilsin ki, haqsız da deyillər, öz düşüncələrinə, yaxud işlərinə görə. Ancaq gəlin baxaq, ölkədəki bir çox yollarınkənarında heç bir fiziki qüsuru olmayan insanların, piyadaların gedə biləcəkləri səkilər belə yoxdur, qaldı ki, əlillərin gedəbiləcəyi xüsusi yollar. Varmı əlillərimizin əlil arabası ilə gedə biləcəyiyollar? Hələ mən əlil arabalarından danışmıram. Doğru, istifadə oluna bilinməyəcəkaraba kimə lazımdır? Dövlət idarələrinə,dükanlara və digər bu kimi yerlərə əlillərimizinrahatlıqla, kimsənin köməyinə möhtac olmadangedə bilmək imkanı varmı? Yoxdur, özünüzü yormayın. Bir-iki yerdə olmasıhələ hər şey demək deyil, necə ki bir güllə bahar olmaz. Gözdən əlillərimizin"oxuya” bilmələri üçün xüsusi kitablar buraxılırmı? Əlillərimiz bacara biləcəkləri işlərlə təminolunurmu, yoxsa elə yuxarıda da qeyd etdiyimiz kimi, "əmək qabiliyyətiniitirmiş” deyərək onların heç bir işəyaramadığını düşünürük? Sualların sayınıçoxalda da bilərəm, cavablar isə təəssüf ki, müsbət olmayacaq. Müqayisəüçün qeyd edim ki, mənim yaşadığım ölkədə,Niderlandda əlil olmaq insanın gündəlik həyatında müəyyən məhdudiyyətlər yaradabilər, ancaq bu, onun ətraf aləmdən təcrid olunması anlamına gəlməz. Deyək ki,fiziki qüsurlu biri, yerimək imkanıolmayan, öz əlil arabası ilə çoxrahatlıqla şəhərə gedə, dükana daxil olub bazarlıq edə, istənilən dövlət qurumunaaid binaya daxil ola, bir sözlə, kimsəyə möhtac olmadan görməli olduğu işlərigörə bilir. Mənim qaldığım yerdə əqli qüsuru olan insanları həftədə bir dəfəxüsusi avtobuslarla idman etmələri, vaxtlarını xoş keçirmələri üçün hovuza,idman komplekslərinə, əyləncə yerlərinə aparırlar. Onlar üçün "uşaq fermer təsərrüfatı”adlanan yer də düzəldiblər ki, orda uzunqulaqdan tutmuş toyuq-cücəyə kimi birçox heyvanlar var və orda məhz əqli cəhətdən qüsuru olanlar çalışırlar. Yenə də siyahını uzada bilərəm, ancaq buna ehtiyacgörmürəm.

Qarabağımızı verib, işğalda olan torpaqlarımızınadına restoranlar açıb orda əylənirik. Təhsilimizi öldürmüşük, müəllimlərə pulveririk ki, bizə bilik verməsinlər.Ali məktəblərimiz də fərqli deyil, ali təhsil almadan ali təhsilaldığımızı təsdiq etməli olan diplom alırıq, təbii ki, bildiyiniz vasitələrlə (öz savadı hesabına təhsilalanlara və vicdanlı müəllimlərə aid deyil).Bu dəfə də siyahını uzatmağa ehtiyac görmürəm. Soruşa bilərsiniz ki, buabzasda yazdıqlarının mövzuya nə aidiyyəti var? Var, siz deyin, bütün bunları əqliyerində olan kim edər? Kimsə, deyilmi? O zaman demək ki, bunu edənlər də əqli cəhətdən əngəllidirlər. Bu da ikinci "bəlkə”nin cavabı, yəni bəlkə dəbu yazı heç də gec qalmış yazı deyil. Nə qədər ki, bunları düzəltmirik, bizə hərgün əlillər günüdür. Bu əlilliyimizdənqurtula bilsək, digər əlillərin, əngəllilərin problemlərini də həll edərik.

Uca yaradan kimsəni əlil, kimsəni digərinəmöhtac etməsin, ancaq istəməsək beləonlar var və bizim borcumuz da onlara bunu hiss etdirməmək, qayğı ilə yanaşmaqolmalıdır.

Vüqar Abbasov. Niderland.

[email protected]


TƏQVİM / ARXİV