adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
05 Dekabr 2016 23:45
36508
HÜQUQ
A- A+

Publik hüuqi şəxs haqqında nə bilirik?

Cəmiyyətdə publik hüquqi şəxslərin fəaliyyəti və öhdəlikləri barədə xəbərdar olsaq da, bu terminin nə anlam daşıdığını bilmirik. Publik hüquqi şəxsin müflis olmaq şansı yoxdur. Bir sıra xarici ölkələrdə, ələlxüsus Avropada məktəblər, banklar və digər qurumlar publik hüquqi şəxslər adlandırılır. Bu müəssisələrin dövlət rəsmi qurumlarında tamamilə asılılıq məsələsi yoxdur. Lakin maddi cəhətdən sıxıntıların olması onu yaradan bələdiyyə qurumları tərəfindən yerli icra orqanları tərəfindən bərpa olunur. İngiltərədə qatar stansiyaları da bu təbəqədəndir. Onlar heç vaxt müflis ola bilməz, çünki ölkənin əsas nəqliyyat vasitəsi olduğu üçün onların fəaliyyətinin dayanması mümkün deyil. Əslində publik hüquqi şəxsin bir çox imtiyazları var. Onlar dövlət qulluqçusu da ola bilər. Azərbaycanda isə prezidentin yeni fərmanı əsasında Mərkəzi Bank da publik hüquqi şəxs statusunu aldı.

Yeni qurumun funksiyaları ilə Mərkəzi Bankın funksiyaları üst-üstə düşməyəcək ki?

Almaniya və Fransada mərkəzi banklar da publik hüquqi şəxsdir. Ona görə ki, onların funksiyaları dövlət hakimiyyəti orqanı funksiyalarından fərqlidir. Dövlət orqanı heç bir halda kredit verə və faiz hesabına gəlir götürə bilməz. Bu, dövlət hakimiyyətinin funksiyası deyil. Ona görə də həmin ölkələrdə mərkəzi banklar publik hüquqi şəxsdir.

Publik hüquqi şəxs Azərbaycan üçün kifayət qədər yeni imkanlar yaradır ki, idarəçilik sistemini pozmadan, həmin sistemin üzvi bir hissəsi kimi yeni qurumlar yaradılsın və dövlət mövcud sistemi dəyişmədən yeni funksiyaları həyata keçirmək imkanı əldə etsin.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev bildirir ki, bütün funksiyalar bölünəcək. Mərkəzi Bankla əlaqədar bizdə qəribə bir vəziyyət yaranmışdı. Digər banklar kimi, o da maliyyə bazarının bir oyunçusudur. Oyun eyni məkanda keçirilirsə, bir oyunçu digər oyunçular üçün qaydalar qəbul edə, onların fəaliyyətini tənzimləyə bilməz. Bu, idarəetmənin aksiomudur.

Hər hansı fəaliyyətini təmənnalı və ya təmənnasız görə bilər. Onların bir başqa dəstəkçisi dövlətdir. Qanunvericilikdə gənc sayılan bu anlayış haqqında təəssüf ki, ali tədris ocaqlarının hüquqi təlim proseslərində və dərs vəsaitlərində məlumat yoxdur. Bu o deməkdir ki, yeni tətbiq gələcəkdə dərs vəsaitləri ilə bağlı da qanun dəyişikliklərinə səbəb ola bilər. Bunu ekspertlər deyir. Onların sözlərinə görə, publik hüquqi şəxs göründüyü kimi təkcə sosial və ya ictimai həyatda deyil iqtisadi yönümüzdə də müəyyən təsirlər yaradacaq. Ekspert Elşən Bağırzadə deyir ki, ölkədə «Publik Hüquqi Şəxslər Haqqında» qanunun tətbiq edilməsi və bu tipli ilk qurum olaraq "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası”nın yaradılması təqdirəlayiq addımdır: "Dünyanın uzunmüddətli təcrübəsi göstərir ki, inkişaf etmiş iqtisadiyyatların "sacayaqları” azad bazar, hüquqi dövlət və demokratiya institutlarıdır. Bunların biri digərinin mövcudluğunu zəruri edir və hər üçünün də bir-birinə adekvat qaydada inkişaf etməsi əsas prinsipdir. Bu baxımdan ölkədə son dövrlər azad bazarın inkişafı istiqamətində atılan addımlar, təbii olaraq, hüquqi-instutsional sahədə də islahatlarla müşayiət olunur.

Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsində tənzimləmə və nəzarət qurumlarının müstəqilliyinin və peşəkarlığının artırılması, həmçinin də tənzimləmə və nəzarət funksiyalarının eyni qurumlarda cəmlənməsi praktikasının getdikcə aradan qaldırılması zərurətə çevrilmişdir. Qeyd olunan Palatanın yaradılması və bank sisteminə nəzarət funksiyasının bu quruma ötürülməsi imkan verəcək ki, bundan sonra Mərkəzi Bank tam şəkildə monetar siyasətin formalaşdırılması və reallaşdırılması prosesinə fokslansın və bu istiqamətdə çevikliyini daha da artırsın. Eyni zamanda bank sisteminə, eləcə də bütövlükdə maliyyə bazarlarına nəzarətin publik hüquqi şəxs statuslu qurum tərəfindən həyata keçirilməsi bu sahədə şəffaflığın, hesabatlığın və etibarlığın artırılmasına imkan yarada bilər. Hesab edirəm ki, bu kimi proseslər bundan sonra da davam etdirilməli və iqtisadiyyatda dövlət tənzimləmə və nəzarət qurumlarının bazar iqtisadiyyatının təbiətinə və tələblərinə adekvatlığı daim artırılmalıdır”.

Doğrudur, "Publik hüquqi şəxs haqqında” qanunun tətbiq edilməsi qeyri-hökumət qurumları ilə arasında bağlılığın – oxşar cəhətlərin olduğunu fərqinə varmaq elə də çətin deyil. Əgər belədirsə, publik hüquqi şəxslərə nə ehtiyac var? Əvvəla onu qeyd edək ki, qeyri-hökumət qurtumlarının fəaliyyəti dar çərçivədə həyata keçirilir. Publik hüquqi şəxsin isə bütün maliyyə icraatı, mühasibat hesabatı və uçotu dövlət orqanları üçün nəzərdə tutulan qaydada aparılır. Özəl qurumlarda olan qaydalar bunlara şamil edilmir. Ona görə bu anlayışın əhatə dairəsi həddindən artıq genişdir.

Rüfət Soltan