ANA SƏHİFƏ / HÜQUQ

Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar

19707    |   2016-12-05 21:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müəllif Hüquqları Agentliyi tərəfindən müəlliflik hüququ və əlaqəli hüquqlar obyektlərinin (audiovizual əsər, fonoqram, kompyuter proqramı, məlumat toplusu, kitab) nüsxələrinə yapışdırmaq üçün verilən nəzarət markalarını qəsdən məhv edən, saxtalaşdıran, qeyri-qanuni yolla hazırlayan, istifadə edən və ya satan şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar.

MHA-nın Əsərlərin qeydiyyatı və hüquq şöbəsindən verilən məlumata görə, həmin əməllərə görə İnzibati Xətalar Məcəlləsinin 413-cü və Cinayət Məcəlləsinin 205-2-ci maddələrində cərimələr və müəyyən edilmiş müddətdə azadlıqdan məhrum etmə ilə cəzalar nəzərdə tutulub: "Nazirlər Kabinetinin 9 iyun 2014-cü il tarixli 191№-li qərarı ilə təsdiq edilmiş "Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları”nın 4.2-ci bəndinə uyğun olaraq nəzarət markası ilə markalanmalı olan mallara, məmulatlara və məlumat materiallarına tətbiq edilən nəzarət markası bu malların satışa çıxarılmasından və ya yayılmasından əvvəl hüquq sahibləri və hüquqları əldə etmiş fiziki və hüquqi şəxslər tərəfindən yapışdırılır”.

Qeyd edək ki, nəzarət markalarının tətbiqi əqli mülkiyyət məhsulları bazarında piratçılığın səviyyəsinin nəzərəçarpacaq dərəcədə aşağı salınmasına imkan yaradacaq. Artıq Təhsil Nazirliyinin müvafiq icazəsi əsasında dərsliklərin satış üçün əlavə nüsxələrinin çapına icazə almış bir sıra nəşriyyatların, o cümlədən "Şərq-Qərb” ASC, "Təhsil Nəşriyyat-Poliqrafiya” MMC, "Radius”MMC, "Aspoliqraf LTD” MMC və "Altun-Kitab nəşriyyatı”ının müraciətləri əsasında onlara Müəllif Hüquqları Agentliyi tərəfindən nəzarət markalarının verilməsi təmin olunub.




İmza:

Özünü MTN polvovniki kimi təqdim edən qadına və tanışına hökm oxunub

Suriyada döyüşən azərbaycanlının məhkəməsi oldu

6 tələbəni öldürən sürücüyə 10 il iş kəsildi - YENİLƏNİB

Avropa Məhkəməsi Dilqəmlə Şahbazın işi üzrə hərəkətə keçdi

"Ağladım ki, bakirəyəm. O, isə..." - Zorakılığa məruz qalan qadının dəhşətli ifadəsi

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində GƏRGİNLİK

Azərbaycanda vəzifəli şəxslər dələduzluğa görə həbs olundular

Vidadi Zeynalov və Beytulla Hüseynova hökm oxundu - 13 il - YENİLƏNİB

Vəkil: Lapşin cəzasını öz ölkəsində çəkmək istəyir

Lapşin İsrailə ektradisiya olunmaq üçün müraciət edib? - Vəkil danışdı

Maşallah Əhmədovun cəzası azaldıldı - 8 ildən 2 ilə

Vəkil: "Lapşinin ekstradisiyası hələlik mümkün deyil"

SON XƏBƏRLƏR
2017-08-18
2017-08-17


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Azərbaycanda futbol oynayırlar yoxsa top-top?

Futbola - HƏ (33.33%)
Top-topa - YOX (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Üç dəli dəlixanadan qaçır. Şəhərdə avaralanıb gəzirlər. Polisin onları axtardığını görüb gizlənməyə yer axtarırlar. Biri cibindən iynə çıxarır, iynənin arxasında gizlənirlər. Polislər bunları tutub dəlixanaya aparır. Dəlilərdən biri:
- Görəsən bizi necə gördülər?
O biri dəli:
- Yəqin iynənin deşiyindən görüblər.




digər lətifələr
ARXİV
FACEBOOK