adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 Dekabr 2016 15:53
21057
KRİMİNAL
A- A+

Bakıda 13 evi yaran şəxs tutuldu

Bakıda mənzillərdən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən oğurluq etdiyi üçün saxlanılan Şahin Hacıyevlə bağlı aparılmış əməliyyat tədbirləri ilə onun cari ilin sentyabr-noyabr ayları ərzində daha 13 evdən, habelə 1 sexdən pul, təmir-tikinti alətləri, qızıl və məişət əşyaları oğurladığı müəyyən edilib.