ANA SƏHİFƏ / TEXNOLOGİYA

Azərbaycanda 80 minə yaxın saxta profil istifadəçisi var

14342    |   2016-12-05 10:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycanda 2 milyona yaxın sosial şəbəkə istifadəçisi var. Bütün ölkələr üzrə orta hesabla ümumi istifadəçilərin 4%-ə qədəri saxta profildən istifadə edir. Yəni, ümumi olaraq bizdə 80 000-ə yaxın saxta profil istifadəçisi var”.

Bu barədə deputat Tahir Mirkişili bildirib. Millət vəkili qeyd edib ki, bütün dünyada saxta profillərlə və saxta profil üzərindən təhqir və böhtan fəaliyyəti ilə mübarizə aparılır.

"Bir neçə gün öncə ABŞ-da birinci xanım Mişel Obamanı təhqir etdiyinə görə şəhərin meri işdən azad olunub. Böyük Britaniya və Fransa kimi ölkələrdə saxta profil üzərindən təhqir və böhtan fəaliyyəti 3 ilə qədər həbs və 48 000 euro ya qədər cərimə ilə cəzalandırılır. Ancaq, cəzaların əsas məqsədi cinayətə səbəb olacaq hərəktlərdən çəkindirməkdir. Əgər kimsə saxta profil açıb, digər istifadəçilərin hüqunu pozaraq onu təhqir etmirsə və ya ona böhtan yağdırmırsa, onda bu qaydalar o istifadəçiyə şamil edilmir.

Qeyd etmək lazımdır ki, artıq sosial şəbəkə sahibi olan korporasiyalar qanunu tələb əsasında saxta profil istifadəçilərin İP ünvanlarını bölüşürlər. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, istifadəçilər istənilən bir tənqidi və tərifli fikir söyləməkdə və fikirlərini azad ifadə etməkdə (təhqir və böhtan istisna olmaqla) tam sərbəstdirlər. Sosial şəbəkələrdə ünsiyyət həm bir mədəniyyət göstəricisidir”.

Xatırladaq ki, baş prokuror Zakir Qaralov tərəfindən Cinayət Məcəlləsinə 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinin əlavə edilməsi təklif edilib.

Yeni maddəyə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.




İmza:azvision.az
SON XƏBƏRLƏR
2017-02-22
2017-02-21


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ağdamda məşhur bir Çayçı Zeynal vardı. Adi bir çayçı olmasına baxmayaraq, rayonda böyük hörmət- izzət sahibi idi. Bir gün anası deyir ki, ay oğul, bir yır-yığış edin, vallah, mən ölürəm.

Çayçı Zeynal:

- Saa qurban olum, qışın bu şaxtasında ölüb-eləmə. Vallah, bu qarda-qiyamətdə yasa gələnlər söyə-söyə gəlir.

Bir az keçir. Anası deyir ki, a bala, vallah, ölürəm.

- Saa qurban olum, ay ana, Novruz vaxtıdı, camaat bayram edir, deyir-gülür, qonaq gedir. Camaatın bayramını korlama da.

Bir az keçir, arvad yenə deyir, ay bala, ölürəm axı!

- Rəhmətliyin qızı, yayın bu cırhacırında, hərə bir tərəfdə, istirahətdə, kefində- damağında, heç mağar qurmağa adam da tapılmır. Özü də sənin yasını kim aparacaq? Molla Rəşid əmi də odey Yesentukidədi.

Üstündən bir az da vaxt keçir, arvad deyir, a köpəyoğlu ölürəm axı?!

- Ay arvad, bu dəqiqə toyların qızğın vaxtıdı, qonum-qonşu, qohum-əqrəba bu dəqiqə hər yerdə toydu. İndi kimin toyuna vay salaq, kimin toyunu saxlayaq bu payız vaxtı? Adamın goruna söyərlər.

Anası bir az baxır-baxır və deyir:

- Vallah, bu gədə məni avara qoyub.





digər lətifələr
ARXİV
FACEBOOK