adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Dekabr 2016 15:19
42821
MÜSAHİBƏ
A- A+

Putin azərbaycanlı jurnalistə müsahibə verdi

Rusiya prezidenti Vladimir Putin dekabrın 4-də azərbaycanlı jurnalist İradə Zeynalovanın NTV telekanalında efirə gedən "Həftənin yekunları" verilişinin ("Итоги недели") qonağı olub.

Adalet.az xəbər verir ki, Putin müsahibə zamanı hazırda dünyada balansın tədricən bərpa olunduğunu, Rusiyanın beynəlxalq arenadakı bir çox tərəfdaşlarının beynəlxalq hüquq prinsiplərinə müraciət etməyə başladıqlarını bildirib.

O qeyd edib ki, birqütblü dünya yaratmaq cəhdləri uğursuzluğa düçar olub.

"Biz başqa ölçüdə yaşayırıq", - deyə o əlavə edib.

Prezident xatırladıb ki, Rusiya digər ölkələrin mövqelərinə hörmətlə yanaşır və bu, hətta o öz maraqlarını müdafiə edən zaman da belədir.

Putin qeyd edib ki, Kreml eyni prinsiplər əsasında tərəfdaşları ilə münasibət qurmaqda davam edəcək.