adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Dekabr 2016 23:20
4758
HADİSƏ
A- A+

Bakıda professoru döyüb bloka atdılar

İdman bədən quruluşlu iki cavan oğlan "Nigar” Klinikasının həmtəsisçisi, Tibb Universitetinin ginekologiya kafedrasının professoru Şahbaz Şahbazovun zorla mənzilinə soxulublar və onu vəhşicəsinə döyüblər.

Professora hücum edənlər mənzilin qapısını bağlayıblar və döyülmüş professoru blokda atıb gediblər.

Adalet.az xəbər verir ki, virtualaz.org-la əlaqə saxlayan Ş.Şahbazov Daxili İşlər Nazirliyinin "102” xidmətinə zəng vurduğunu deyib. Professorun həyat yoldaşı yaxınlıqdakı polis bölməsinə gedərək baş verənlər barədə məlumat verib və şikayət ərizəsi yazıb.

Hazırda yaşadığı Həsən Əliyev-10A binasının blokunda olan professor deyir ki, ona hücum edən şəxslər KİV-də klinikanın qanunsuz zəbt olunması ilə bağlı yazılanların qisasını alıb.