adalet.az header logo
  • Bakı 13°C
03 Dekabr 2016 22:43
6059
MƏMLƏKƏT
A- A+

“Qadını vurma, vurul!” adlı tədbir keçirilib

Bu gün "Park Bulvar”da "Təmiz dünya” İctimai Birliyinin təşkilatçılığı ilə xeyriyyə tədbiri keçirilib.

Adalet.az-ın məlumatına görə, aparıcılığını Samir Bayramlıvə Firuzə Cəlilovanın etdiyi tədbir"Uşaq gülüşlərini yaşadaq!” devizi altında baş tutub.

Mərasimdə Milli Məclisin keçmiş deputatı Gülər Əhmədova, "Təmiz dünya”nın rəhbəri Mehriban Zeynalova, media nümayəndələri, sənətçiləriştirak ediblər.

Milli kampaniyada 2017-ci ilin qadın hüquqları ilə bağlı elçisi Ruhi Əliyeva çıxış edərək qadın zorakılığından söz açıb:

"Bu məsləyə media nümayəndələri diqqət göstərməlidir. Şiddətin səbəbkarı çox zaman kişilər olur. Buna görə də burada məhz "Qadını vurma, vurul!” şüarı qaldırmışıq.Düşünürəm ki, bu aksiya Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısının alınmasında ciddi addım olacaq".

G.Əhmədovaqadınları birgə olmağa çağırıb.