adalet.az header logo
  • Bakı 20°C
03 Dekabr 2016 22:36
4726
HADİSƏ
A- A+

Bərdədə ağır qəza: Sürücü yaralandı

Bərdədə sürücünün ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

apa-nın xəbərinə görə, hadisə Bərdə-Ağdam yolunda baş verib. 1973-cü il təvəllüdlü Feruz Əliyev idarə etdiyi "VAZ-2109” markalı 10 CO 161 dövlət nömrə nişanlı maşınla, qarşı tərəfdən gələn 1981-ci il təvəllüdlü Adığızəlov Əlövsət Ələkbər oğlunun idarə etdiyi "Ford” markalı 99 EN 448 dövlət nömrə nişanlı maşınla toqquşub. Hadisə şahidlərinin sözlərinə görə, "VAZ-2109” markalı avtomobilin sürücüsü içkili olub və "Ford” markalı avtomobilin hərəkət zolağına çıxıb.

Bərdə Mərkəzi Rayon Xəstəxanasından verilən xəbərə görə, F. Əliyevin vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.