adalet.az header logo
  • Bakı 21°C
08 Dekabr 2016 22:24
33536
KRİMİNAL
A- A+

Oğurluqla məşğul olan şəxs ələ keçdi

Bakıda oğurluqla məşğul olan şəxs ələ keçib.

Adalet.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu RPİ 15-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-da Bakı şəhər sakini Rasim Vəliyevə məxsus mağazadan 24 ədəd mobil telefon, 2 ədəd noutbuk və yaddaş kartları oğurlamaqda şübhəli bilinən paytaxt sakini Şahin Hacıyev tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun avqustun 31-dən noyabrın 22-dək olan müddətdə daha 3 mağazadan və 6 evdən pul, ərzaq məhsulları, tütün məmulatı, təmir-tikinti alətləri, 20 ədəd mobil telefon və aksessuarlarını oğurlaması da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.