adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Dekabr 2016 12:09
10690
İQTİSADİYYAT
A- A+

Neftin qiymətində rekord bahalaşma

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edir.

Adalet.az xəbər verir ki, OPEK ölkələrinin Vyanada keçirilən sammitində tərəflərin neft hasilatını sutkalıq 1,2 milyon barel azaldaraq 32,5 milyon barel səviyyəsində dondurmaq barədə qərarından sonra "qara qızıl”ın qiyməti kəskin bahalaşıb.

Son məlumatlara görə, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Layt” markalı neftin bir barrelinin qiyməti 0,62 dollar bahalaşaraq 51,68 dollar, Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,52 dollar artaraq 54,46 dollar olub.

Bu arada ABŞ-ın "Baker Hughes" şirkəti hesabat həftəsində qeyd edib ki, aktiv neft quyularının sayı 3 ədəd və yaxud 0,6% artaraq 477 ədəd, qaz quyularının sayı 1 ədəd və yaxud 0,85% artaraq 118 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 68 ədəd və yaxud 12,47%, qaz quyularının sayı isə 73 ədəd və yaxud 38%, ümumilikdə isə neft-qaz quyularının sayı 140 ədəd və yaxud 19% azalıb.