adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
02 Dekabr 2016 19:53
137575
AVTOMABİL
A- A+

Dünyada ilk hidrogenlə çalışan avtomobil markası hazırlandı

Amerikanın "Nikola Motor Company” şirkəti hidrogen yanacaqlı batareyalarla işləyən dünyada ilk elektirk yük avtomobilini təqdim edib.

Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə istehsalçının saytında məlumat yayılıb.

Model "Nikola One” adını alıb. Bu, litium-ion akkumlyatorlarla işləyən tamamən elektrik yük avtomobilidir. Hərəkət zamanı hidrogen yanacaq elementlərindən qidalanırlar.

"Nikola One” uzaq məsafələrə səfərlər üçün nəzrədə tutulub. Hərəkət ehtiyatı 1287-dən 1931 km qədər, gücü isə 1000 a.g., avtomobilin altı təkəri var, çəkisi 8,2 tondan 9,5 tona qədərdir.

İstehsalçı bəyan edib ki, ilk yük avtomobilləri konveyerdən 2020-ci ildə buraxılacaq. Lizinq proqramına məhdudiyyətsiz hidrogen yanacağı və 72 ay ərzində müntəzəm xidmət daxildir.

Bundan başqa "Nikola Motor” yanacaq doldurma stansiyası şəbəkəsinin inşaası planlaşdırılır.