adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
02 Dekabr 2016 22:17
6448
SAĞLAMLIQ
A- A+

Xərçənglə mübarizədə daha bir addım atıldı

Elm adamları ağciyər xərçənginin yayılmasını küləkdə sovrulan çadırlara bənzədib.

Adalet.az  xəbər verir ki, Nyu York və Texas universitetlərinin alimləri iki protein arasındakı əlaqənin hüceyrə çadırının formasını itirməsinə və bünövrəsiz qalmasına səbəb olduğunu bildiriblər.

Bu vəziyyətin ağciyərdəki xərçəng hüceyrələrinin bədənin digər yerlərinə köçürülməsinə gətirib çıxardığını öyrənən alimlər kəşfin ağciyər xərçənginin yayılmasına maneə olacaq müalicə metodlarının təkmilləşdirilməsinə kömək edəcəyinə ümid ediblər.

"Zeb-1” adlanan proteinin xərçəng hüceyrəsinin yayılması müddətində kritik önəm daşıdığını qeyd edilib. Araşdırmaçılar sağlam hüceyrələrə zərər vermədən bu protetini necə hədəf seçməyin yollarını axtarırlar. Sadəcə ağciyər xərçəngi hüceyrələrini araşdıran araşdırmaçılar eyni müddətin digər xərçəng növləri üçün də keçərli olub-olmadığını bilmirlər.