adalet.az header logo
  • Bakı 22°C
03 Dekabr 2016 22:13
11297
MƏDƏNİYYƏT
A- A+

Muğam axşamı təşkil olunacaq

Dekabrın 8-də M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Muğam musiqisi axşamı” adlı konsert proqramı təşkil olunacaq.

Filarmoniyadan Adalet.az-a bildirilib ki, "Gənclərə dəstək” layihəsi çərçivəsində baş tutacaq konsert proqramı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Konsertdə "Muğam televiziya müsabiqəsi”nin qalibləri Ramiq Bayramov və Nigar Şabanova tərəfindən muğam və təsniflərimiz səsləndiriləcək. İfaçıları Xalq Artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin kiçik heyəti müşayiət edəcək.