UÇQUN ALTINDA QALAN XATİRƏLƏR

ƏBÜLFƏT MƏDƏTOĞLU
73938 | 2016-12-02 14:43

Onların səsinikimsə eşitmir

Birbaşa mövzuyakeçirəm. Çünki daha "mus-mus" deməyin vaxtı ötüb keçib. Bıçaq sümüyədirənib. Ona görə də "mus-mus"dan Mustafaya keçmək və gerçəyi dəbirbaşa söyləmək artıq qaçılmaz bir zərurətdi. Və mən də bu zərurətin az qalaenini-boyunu dəfələrlə ölçüb-biçəndən sonra fikrimi açıq mətnlə ifadə etmək qərarınıverdim. Və onu da deyim ki, bu açıq mətnlə çıxış etməyə məni yaşadığımsıxıntılar və bir də oxuduğum bir şeir məcbur etdi. Başlayıram sıxıntılardan...

Məlum olduğukimi, Dağlıq Qarabağ hadisələrinin az qala ilk saniyələrindən atəşkəsə qədər oproseslərin içərisində oldum, hər üzünü gördüm. Bir gecənin içərisində, dahadoğrusu, bir anda evim-eşiyim yandırıldı, alov göylərə bülənd oldu. Və mən ondaüzümü Tanrıya tutub dedim ki, "harda oturmusan?", "niyə görmürsənbütün bunları?". Onun ardınca başqa bir şeirdə pıçıldadım. Yazdım ki:


Yandı evim,eşiyim

Yandı divarım,daşım...

İsit, qoymaüşüyüm -

İsit məni, gözyaşım!..


Təəssüf ki, səsiməgöylərdən cavab gəlmədi. Heç "yuxarılar" da cavab vermədilər. Onda1991-ci ilin oktyabr ayının 30-dan 31-nə keçən gecə idi... Həmin gecə bir kəndkül oldu... Bir ev didərgin düşdü... şəhidiylə, əliliylə, zəliliylə, ayağı yertutanıyla. Hər kəs o gecə canını və bir də övladını götürüb Füzuli şəhərinə səmtaldı. Burda sığınacaq tapdı. Mən və ailəm də o cümlədən. Sonra Füzuli şəhəriişğal olundu... Burdakı sığınacağımızı da külə döndərdi düşmən... Beyləqan şəhərinəyol aldıq... Uşaq bağçasına sığındıq... Burdan da bütün ölkənin cəmləşdiyiBakıya gəldik... Yataqxana... sonra da gecəqondu... dörd dəfə yurd dəyişdim.Buna məni düşmən məcbur etdi. Kitab-dəftərlərim səpələndi bu yurd dəyişmələrdə.Üzülmədim. İçimdəki ümid o yolu bir də geri qayıdacağıma inam aşılayırdı mənə.Amma indi heç anlamadığım, ağlımın ucundan da keçirə bilmədiyim bir sıxıntıaldı başımın üstünü. Qışın nəfəsinin otaqlara dolduğu bir vaxtda yaşadığım ərazininsökülməsi qərarı verildi!!! Gecəqondunun başının üstündə oynayan qılınclaryavaş-yavaş öz işini görməyə başladı. Artıq bir neçə qonşunun evi xarabalığıandırır. Buldozerlər öz işini görüb - sökhaçökdü. Bəlkə də siz bu yazınıoxuyanda mənim hasarımdan içəri keçmiş olacaqlar. Hələlik isə...

Mənə bu yazınıyazmağa vadar edən şeirin adı - "Sökülən evlər, ömürlər, xatirələr".O şeiri təkrar-təkrar oxudum və hər misranın alt qatına işıq salmağa çalışdım.Çünki misraların adama çox sadə görünən görkəmi ilk baxışdan o qədər də dərin təsiretmirdi. Sanki sıradan bir şey idi. Amma mən içində olduğum sıxıntının təsiriilə təkcə bu şeirin adının, özündə nələri ifadə etdiyini çox aydın gördüm.Anladım ki, sökülən evlə birlikdə o evdə olan bir ömür də sökülür. O evindivarına-daşına hopmuş xatirələr də sökülür!.. Siz bunu düşünə bilirsinizmi?!Dişinlə-dırnağınla ev tikəsən, yuva qurasan və günlərin bir günündə o eviyandıralar, sökələr... sən ordan əl izlərini götürə bilməyəsən, sən odivarlardan nəfəsini qopara biləmyəsən... sən o evin tavanına sancılıb qalmışgecəyarıya qədər həmsöhbət olduğun ay-ulduza dediklərini kirpiklərinin ucundanox kimi üzü yuxarı havalandıran baxışlarını, nəzərlərini gətirə bilməyəsən...Bütün bunları sən sonra hardan alacaqsan? Bütün bu xatirələri sonra hardantoplayacaqsan? Bütün bunları sonra hardan ipə-sapa düzəcəksən? Mən inanın ki,düşünməkdən, içində olduğum şokdan bir qərara gələ bilmirəm, bir çıxış yolu,bir ipucu tapmıram. Elə bil bütün dünya mənə qarşı yönəlib. Elə bil hər kəs mənimüstümə gəlir.

Bəli, mən dərd çəkməyibacarıram, dərdə dözməyi də bacarıram. Hətta hələ 1992-ci ildə çap etdirdiyimşeirdə yazmışdım ki:


Dərdin

böyüyü-kiçiyiolmur

dərdin ölçüvahidi

ürəyintutumudu...


Sonralar da dərdləçox həmsöhbət oldum. Və hər dəfə də etiraf etdim ki, Allah dərdi dərd çəkənəverir. Amma deyəsən Tanrım da bezib məndən. Ona görə də dərd yox, əzab verir. Vəmən də bu əzabın ağırlığı altında çapalaya-çapalaya "günahım nədir? -sualının cavabını araşdırmaq istəyirəm. Vaxtında doğulmamağımmı? Yerindədoğulmamağımmı? Bəlkə...Hə, oxuduğumşeirin başlığındakı o alt qatın içərisindəki fikirlərə daxil oluram.


Sökmək, vurubdağırmaq asan -

Toz dumanaqarışıb,

bir azdan sakitləşəcək,

xatirələrinavazımış rəngi kimi.


Bu bənd sökülənevin başına gətirilən faciənin ilk təsviridi. Həqiqətən toz-duman ətrafıbürüyür, həqiqətən içimdəki xatirələr solur, hardasa ölüm ayağına doğruyaxınlaşır. Və bunun ardınca bir ağır, hüzn dolu sükut hakim kəsilir. Həm sökülənevin yerinə, onun dağıntıları üzərinə, həm ev sahibinin iç dünyasına, həm də bumənzərəni müşahidə edənlərin varlıqlarına. Və beləcə, yaradılmış mənzərə rəssamfırçasıyla sökülən evin fonunda bir xatirə buludu dalğalandırır... Qapqarabuludunu... son dəfə yağacaq buludunu...


Sökülən evlərinyerində

daş-kəsək,solğun divar kağızları

görünəcək

min-min

dipdiri xatirələrqalacaq

uçqun altında.


Hə, çox kədərlibir mənzərədir elə deyilmi? O diri xatirələrin səsi, ünü sizin də qulaqlarınızagəlib çatırmı? Siz o xatirələrin səsinə səs vermək üçün nəsə edirsinizmi? Yoxsaürəyiniz daşlaşıb? Yox, mən sizi qınamaq, acılamaq üçün demirəm. Sadəcə, sizəxatırladıram ki, yaman soyuqqanlı olmusunuz elə içi mən qarışıq. İynə özümüzəbatmayana qədər ağrısını hiss etmirik. Tikan öz əlimizə batanda ufuldayırıq. Təəssüfki, onda da tikan işini görmüş olur. Bax, elə sökülən evlər kimi... o evlərinuçqunları altında qalmış xatirələr kimi... Heyf, çox heyf. Allahın verdiyi və qədəribizə məlum olmayan ömürdə ev sökmək, ev uçurmaq nə üçündür? Bu sualı nədənsədüşünmürük. Ancaq özümüzə uyğun, özümüzə xoş olanların ardınca qaçırıq. Özümüzəgün ağlayırıq. Özgənin gününü isə göy əsgiyə bükürük... dərdini başındanaşırırıq. Özü də min-bir bəhanəylə, min-bir üsulla, fəndlə. Mən də bütünbunları görüb içində boğulduğum dərdin sahilinə çıxa bilmirəm. Ona görə dəyazıram:


Saman çöpü

gəzirəm -

ümid adında...

üzə bilmədiyim

dərdlərin

içində

boğulanda

yapışıb

sahilinə çıxım

dərdimi!..


***


Bəli,"Sökülən evlər, ömürlər, xatirələr" şeirində yazılır:


Kimininuşaqlığı, kiminin gəncliyi

Kiminin tənhalığı,kimsəsizliyi

Yazıq-yazıq inləyəcək,boylanacaq.

Daş-kəsəkaltında

Adamlar gələcəkköhnəlmiş ümidləriylə

Qərib-qərib süzəcəklər.


Bu misralar daelə mənim, həm də artıq evinin tozu küləklərə qoşulub getmiş qonşularımındurumunu gözəlcə ifadə edir. Axı, mənim övladlarımın uşaqlığı, nəvələrimin körpəliyibu divarlar arasında keçib. Onların bu divarlara iz salmasına böyüklər o qədərqadağalar qoyublar ki.. Divarı ləkələmək olmaz, divarı yazmaq olmaz... divarı cızmaqolmaz... olmaz... olmaz... Onları özü də bir xatirədir. Artıq uşaqlarımbaşlayıblar danışmağa o xatirələri. İlk dəfə divara nar şirəsini necə çilədiyinivə buna görə necə tənbeh olunduğunu söyləyən oğluma, qızıma çox yazıq bir nəzərlərləbaxıram. Qınıyıram özümü. Gör bir nəyə görə onların əlinə vurmuşam... Gör bir nəüçün onların xətrinə dəymişəm. Axı, bu divarın alnına sökülmək yazılıbmış,uçurulmaq yazılıbmış. Özü də lap yerlə-yeksan etmək səviyyəsində uçurulmaq,kökünü qazmaq səviyyəsində xaraba qoymaq püşkünə düşübmüş bu evin...

Mən bütünbunları içimdə təsbeh muncuğu kimi sağa-sola çəkirəm. Düşünməyin ki, zikr edirəm.Yox, artıq zikrdən də keçib. Və mənim iç dünyamda baş verənlər az qala terroraməruz qalmış bir adamın, bir ailənin yaşadıqlarıdı. Özü də bu elə bir terrorduki, qan tökülmür, qan axmır, sadəcə adamın qanı quruyur, ürəyi parça-parçaolur... dincliyini, rahatlığını itirir... dayanıb-durmağa yer tapmır... özünü,sözünü bilmir. Bir növü havalanır! Ərkəsöyün aşiqlər kimi!

İndi sökülən evlərinsonunun nə olduğunu yəqin ki, təxmin etdiniz. Mən də təxmin etmişəm. Amma mənətəsir edən həmin o şeirin sonunda tamam fərqli bir yaşam var. O qədər fərqlidirki, inanın adam şeir müəllifinin bu qədər həssaslığına heyrət edir. Çünki o, məsələninmahiyyətini incə bir nüansla, altını cızmaqla qoyur ortaya. Və yazır ki:


Qapısızxarabalıq önündə

ağlaya-ağlaya

heyrətlənəcəklər

asılacaq xatirələrinqapısı

olanlar,

keçənlər

milyonlara dəyişməyəcək,

yanacaqlar içlərində,

utanacaqlar,

susacaqlar.

peşman-peşman

sayacaqlaraldıqları pulları

bir,iki, üç, dörd

bupul deyil,

dərddir,dərd!

Hamısayır, saya-saya ağlayır

Sənsay, qardaş, görək

Fələknə sayır?!.


Bəli,mən indi bircə anın içərisində sökülən evlər üçün elan olunmuş məbləği gözümünönünə gətirdim. Və o məbləğialıb, tələm-tələsik evini buldozerin ağuşuna atmış qonşularımı düşündüm. Və eləo düşündüyüm məqamda da bu şeirdə olduğu kimi içimdən bir sərt, amma ağrılısual qopdu:

- Yaxşı, aldığınbu pullarla sən bu evdə qoyub getdiyin xatirələri, bu divarlar arasında keçənömrü alıb apara bildinmi? Hamısını demirəm, bircəcə anını, bircəcə saatını pulatərəziyə qoyub çəkdirə bildinmi? Yox! Edə də bilməzsən. Çünki sən pul saymısan.O evdə uçqun altında qalan xatirələrini, izlərini, günlərini saymamısan. Onlaratərəf əlini uzatmamısan. Onları qorumaq üçün irəli durmamısan. Və indi saydığınpulun sənə heç nə vermədiyini anlayıb köks ötürməyin də mənası yoxdu. Çünkiseçimi özün etmisən. Və bu seçim də sənə ancaq pul qazandırıb - ölü pul.

Bəli, yazı boyumənim sıxıntımla yanaşı əlimdən tutan "Sökülən evlər, ömürlər, xatirələr"şeiri idi. İndi məqamı çatıb. Sizə bildirmək istəyirəm ki, həmin şeirin müəllifiSona xanım Vəliyevadı. Mən bu şeirə görə ordakı duyğulara, rəssam işinə, ordakıpsixoloji anlara görə, Sona xanımın qarşısında bir oxucu olaraq baş əyirəm, əlinə,ürəyinə sağlıq! - deyirəm. Və təxmin edirəm ki, yaşanan bu həyat gerçəkliyiniyazmaq Sona xanıma nəyin bahasına başa gəlir...

Hə, əvvəldədedim ki, üç dəfə düşməndən qaçdım. Övladlarımı qucağıma alıb yanan evimə kənardan baxa-baxa. İndi də evimi sökürlər. Amma bu dəfəqaçmağa yerim yoxdu. Çünki nə ömür buna imkan vermir, nə yaşımın elə çağıdırki, təzədən ev tikmək, ev qurmaq mənim üçün xəyal qurmaq, nağıl uydurmaq kimibir şey olardı. İkincisi, indiki məqamda mənim evimi sökənlər ələrində bayraqetdikləri həqiqəti ancaq onlara sərf edən haqlarından istifadə edirlər. Ölçüvahidi onların arşınıdı. Bu arşın isə mənə boy vermir. Deməli, bu dəfə xatirələrim,nəfəsim, əl izlərim və az qala 25 ilə yaxın ömrün divarları arasında keçmişsöküləcək evin dağıntılara altında qalmaq daha məqsədəuyğundur. Nəinki kimlərinsəqucağına sığınıb, kimlərinsə qapısında gecələmək. Heç olmasa üstümə öz evimindaşının uçduğunu bilirəm və o uçan daşı divara da özüm qaldırıb qoymuşam.

Və lap sonda.Bütün bunların nə qədər ağır olduğunu mənim kimi hiss edən hər kəsə, eləcə dəürəyimin güvəndiyi insanlara, həm də Sənə demək istəyirəm ki:


Göz yaşı

ehtiyat saxlama

düşər-düşməziolar...

yaxşısı budur

sən özünlə şəklimi,

ya da kitabımıapar...

yadına düşəndə

yəni ki,xatırlayanda

şəklimin üstünə

bir nöqtə qoy

kitabdan

bir vərəqqopar...

qopar ki,bitdiyim bilsin

və sənin də

üz-gözündən

kədərsilinsin...


Hə, bax beləcə.Qismət olsa ağlayan daşların da dərdini kağıza köçürmək niyyətindəyəm. Ammabilmirəm ki, hələ fələk nə sayır.


TƏQVİM / ARXİV